Nida Xəbər
Tanınmış bloger Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi
Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasında rəhbər dəyişikliyi baş verib.
Publika.az xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Araş" firmasının nizamnamə kapitalı 100 manatdır.
Şirkət mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarında qalib olur. Belə ki, son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə milyonluq müqavilələr imzalanıb.
Ehtiram Fərzəlibəyov həmçinin Azərbaycanda tanınmış kulinar, food və travel bloqerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranlar və səyahətlər haqqında sosial şəbəkələrdə paylaşımlar edir.
O, həmçinin kulinariya mövzusunda kitabların müəllifidir və beynəlxalq mediada Azərbaycan mətbəxinin təbliği ilə bağlı materiallarda yer alıb./yurdmedia
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu: Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?









.jpg)




























.jpg)