Kosmosda ÖLÜM VƏ ÇÜRÜMƏ
Bizi izləyin

Paranormal

Kosmosda ÖLÜM VƏ ÇÜRÜMƏ

Kosmosda insan ölümü və çürümə haqda hər hansı bilgiyə sahib deyilsinizsə, bu məqalədə bizimlə birgə kosmosa səyahət edə və mövzunun maraqlı detalları ilə tanış ola bilərsiniz.

Əvvəlcə qalaktikanın ənginliklərində, oksigensiz bir atmosferdə gəzməyə razı olacaq cəsarətiniz olduğu üçün sizi təbrik edə bilərik.

Lakin bir pis xəbər var: kosmosa uyğun xüsusi geyiminiz olmadan orada qala bilməzsiniz. İstənməyən formada təzyiqə məruz qalacaq və yaxşı ehtimalla, tez ölümü dadacaqsınız. Amma vücudunuz üçün eyni şeyləri demək, təəssüf ki, mümkün deyil.

Göz açıb-yumana qədər tez ölüm

Əgər yeni ölmüş birinə yaxınlaşsanız, bədənin ölümdən dərhal sonra müxtəlif dəyişikliklər yaşadığını müşahidə edə bilərsiniz. Ən nəzərəçarpan dəyişiklik “pallor mortis” (vücudun solğunlaşması) və “livor mortis”dir (vücudun bənövşəyiləşməsi).

Ölümdən sonra ürək qanı dövr etmədiyinə görə qravitasiya qüvvəsinin təsiri ilə qan vücudun yerə yaxın bölgələrində toplanmağa başlayır və bu, ölümün dəqiq işarəsidir. Bu proseslərin ardınca isə “rigor mortis” gəlir. Çürümənin bu dövründə bədənin üzvləri sərtləşir. Əzələlər isə betonlaşmış şəkildə olur. Bütün bu proseslər davam edərkən bədən yavaş-yavaş soyumağa başlayar ki, bunun da adı “algor mortis”dir (bədənin olduğu yer, hava şəraiti, ilin hansı dövründə olması, bədəndəki yağın miqdarı, insanın ölümdən qabaq qəbul etdiyi dərman və sakitləşdirici kimi faktorlar)

Yuxarıdakı prinsiplər ölümün nə zaman baş verdiyini araşdıranlara yardımçı olur (tibbi ekspertiza bu yolla cəsədin bir yerdən başqa yerə aparılıb-aparılmadığını təyin edir). Ölümdən sonra bu dəyişikliklərin bəziləri sarsıdıcı ola bilər, amma bir sonrakı mərhələ ilə müqayisə ediləndə sadəcə kiçik bir pəncərə açmış olurlar. Sadaladığımız proseslər başa çatdıqdan sonra isə bakteriyalar “sərhədlərini aşaraq” hücuma keçərlər.

Öncə saprobik bakteriyalar işə başlayır, çoxu parçalanmanın ilk mərhələsində olan toxumaları, əzələləri və daxili orqanları yeməyə başlayar. Bu sırada fermentlər anaerobik (oksigensiz nəfəs alan) bakteriyalar daxili orqanları parça-parça etməyə və maye halına gətirməyə başlayar. Bunun nəticəsi olaraq turşular və qazlar vücudu şişirər və xüsusi qoxu yayar. Qoxunun bir qismi müxtəlif yollarla xaricə çıxarkən, digər bir qismi dəri partlayana qədər içəridə qalar. Bu əsnada bir şarın pomidor suyu ilə doldurulduqdan sonra iynə ilə partladılmasını xəyal edin. Nəyahət, ölən insan bu nöqtədə tanınmaz hala gəlib çatar. Proses nə qədər qorxulu və ürəkbulandırıcı olsa da, bununla bitmir. Bütün bunları bildirməkdə məqsəd fərqli bakteriyaların böyük rolları olduğunu vurğulamaqdır. Dünyada bu təsirlərin tam olaraq ortaya çıxmasını gecikdirəcək bəzi metodlar mövcuddur. Məsələn, mumyalamaq. İnsan öldükdən sonra bədənin bütün qanın çəkilməsi və onun yerinə formaldehit maddəsi ilə yanaşı, bir sıra kimyəvi maddələrin vurulması kimi.

Kosmosda ölüm və çürümə

Komsoda isə bir neçə fərqli durum yaşana bilər. Birincisi, bir kosmos geyimi olmadan yaşanan ölüm və çürümədir. Bu ssenaridə bir istilik qaynağı olmadan (bədən temperaturunu verə biləcəyiniz bir şeylərə yaxın olduğunuzu təxmin edirsiniz və bu şeylərin bir ulduz olmadığını təsəvvür edirsinizsə) bədən olduqca sürətli şəkildə donub qatılaşa bilər və tozdan gəlib toza çevrilməyi müddətsiz olaraq təxirə sala bilər. Burada olduqca sürətli deyərkən, filmlərdə göstərildiyi kimi saniyələr içində bir donmadan bəhs edilmir. Kosmos boşluğunda bir insanın tamamilə donması saatlarla davam edən prosesdir. Əslində bir vücudun bu formada hansı müddətdə çürüdüyü bilinmir. Yəni, bədən sonsuza qədər, ya da gerçəkdən çox uzun bir müddət parçalanma prosesində qala bilər. Ancaq qeyd etdiyimiz kimi, bu yalnız donmuş cəsədin bir ulduza, qara dəliyə və ya başqa bir göy cisminə yaxınlaşmadığı durumlarda ola bilər. Yaxınlaşarsa, dünyadakı kimi bir atmosfer tərəfindən qorunmadığı üçün kosmosdakı radiasiya (şüalanma) cəsədi bir od fırtınası kimi parçlayar.

Fiziki və psixoloji olaraq kosmosda tək başına qalmağın necə bir şey ola biləcəyini ürəyimiz ağzımıza gələnədək izlədiyimiz “Qraviti”nin ulduzu Sandra Bullokun məsləhətçiliyini edən Katerina Koleman 27-ci ekspedisiya astronavtı olaraq 159 gün Beynəlxalq Kosmik Stansiyada qalıb.

Ölümün xarici bir istilik qaynağına yaxın yerdə gerçəkləşdiyini təsəvvür edərsək, məsələn, Yerin atmosferindən bir az uzaqda, isitiliyin yüksək, amma alovlanma yaradacaq qədər yüksək olmadığı bir durumda böyük qismi sudan ibarət olan bədən sürətlə quruyacaq, dəri parça kimi büzüşəcək və qurudulmuş ət halını alacaq. Daha betəri, kosmos kostyumu olmadan, kosmosdakı vakuum insanı və hər hansı bir bakteriyanı sterilizə edəcək. Bunu bakteriyaların çürümənin açarı olduğu gerçəyi ilə birləşdirdiyimizdə vücudun bu vakuumda qısa müddətdə parçalanması çox da mümkün deyildir.

İndi isə ölən insanın vücudunu kosmos geyimi ilə düşünək. Çürümə müddəti, böyük ehtimalla, sürətlənəcək. Hələ ki, kimsə kosmos geyimi ilə gəmidən kənarda ölmədiyi üçün bu müddət təyin olunmayıb. Ölümün ardınca kosmos geyiminin içindəki bakteriyalar sürətlə cəsədlə qidalanmağa başlayarkən, hüceyrə ölümləri də onu yavaş-yavaş müxtəlif mərhələlərdə parçlayacaq. Bu, ancaq istilik qaynağı olan məkanda mümkündür. Əks halda, vücudun bakteriyaların bəslənib çoxalmasından önəcki – donub qaldığı duruma geri qayıdarıq.

Heç bir vəziyyətdə ölüm iyrənc, qorxuducu və xəstəlikli deyil. Əslində hər bir insan üçün bir növ keçid ayinidir. İnsan özü haqqında hər cür bilgini öyrənməkdən çəkinməməlidir...

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm