Paranormal
Kosmonavtlar nə qədər maaş alır? - AĞLAGƏLMƏZ RƏQƏMLƏR (SİYAHI)
Kosmonavtlar elm dünyası və insanlığın gələcəyi üçün çox önəmli işlərə imza atırlar. Bir çox insanın arzusunda olduğu bu peşənin maaşı isə hər kəsin maraq dairəsindədir.
Publika.az astronavtların aldığı maaşların miqdarını təqdim edir.
Kosmosa gedən ilk insan Yuri Qaqarin həm hərbi pilot, həm də kosmonavt kimi iki maaş alıb. Ona kosmosa uçması münasibətliə ev, “Volqa” avtomobili, xalça və buna bənzər digər əşyalar hədiyyə edilib.

Kosmosa uçan ilk qadın Valentina Tereşkovaya isə mükafat olaraq ev, geyimlər, çantalar, aksessuarlar və ayaqqabılar verilib.
Rusiyada kosmosda işləyənlər üçün ayrı maaş ödəmək ənənəsi isə indi də davam edir. Adətən birinci sinif pilot olan rus kosmonavtlar ayda 1500-2500 dollar civarında maaş alır. Lakin kosmonavtlara əlavə olaraq, illik və sınaq uçuşları üçün də vəsait ödənilir.

Kosmonavtların səmada keçirdiyi müddətə bağlı olaraq, aldıqları maaş 25 000 dollara qədər yüksələ bilir.
NASA isə kosmonavtlarına 170 000 dollara qədər maaş ödəyir.

Ümumilikdə, Yerin orbitinə bir neçə dəfə səyahət edən çox az sayda kosmonavt var. Gedənlər isə cəmi 1 və ya 2 dəfə uçuş həyata keçirib. Bir kosmonavtın kosmosa uçması üçün ideal yaş isə 32-38-dir.

Kosmonavtlar seçilərkən onların boyunun kiçik olmasına diqqət edilir. Çünki bu zaman kosmik gəmi daha az yanacaq sərf edir.
Zümrüd
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













