Pul
Azərbaycanın valyuta ehtiyatları 3 faiz artdı
Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.
Publika.az xəbər verir ki, bunun 87,1%-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,9%-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,8% az, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2% azalma olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4% çox, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6% azalma nümayiş etdirib.
|
ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
|
01.04.2021 |
42 761,3 |
6 356,2 |
49 117,5 |
|
01.01.2021 |
43 564,3 |
6 369,4 |
49 933,7 |
|
01.10.2020 |
43 288,6 |
6 491,4 |
49 780,0 |
|
01.07.2020 |
43 223,3 |
6 436,3 |
49 659,6 |
|
01.04.2020 |
41 349,5 |
6 393,8 |
47 743,3 |
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi






































