Pul
Əsas kapitala nə qədər vəsait yönəldilib? - STATİSTİKA
2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117,0 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı 8 aylıq hesabatda əks olunub.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalıb, amma qeyri neft-qaz sektoruna yönəldilən vəsaitdə 22,5 faiz artım baş verib.
İstifadə olunmuş vəsaitin 5 milyon 306,3 min manatı, yaxud 58,2 faizi istehsal sahələrinə, 3 milyon 292,0 min manatı (36,1 faizi) xidmət sahəsinə, 518,7 min manatı (5,7 faizi) isə mənzil tikintisinə yönəldilib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6843,3 milyon manatı, yaxud 75,1 faizini daxili vəsaitlər hesabına həyata keçirilib. Bunun 6 milyon 642,6 min manatı, yaxud 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bu vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,0 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz təşkil edib.
Rövşən Ziya
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































