Qadın
Lopez övladları haqda: "Mənim üzümdən bu haldadılar"
Cennifer Lopez övladlarının hazırda üzləşdiyi unikal mübarizələr barədə səmimi açıqlamalar verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi "Audacy" yutub kanalının dəyirmi masa söhbətlərinə qonaq olub. Baş rolda oynadığı "The mother" filmi haqqıında danışan artist keçmiş əri Mark Entonidən olan 15 yaşlı əkiz oğlu Maks və qızı Emmenin qarşılaşdığı çətinliklərdən söz açıb.
"Məşhur valideynlərin övladı olmaq həqiqətən çoxlarının başa düşəcəyi bir şey deyil və mən bunu uşaqlarımda hiss edirəm, çünki onlar bunu seçməyiblər. Belə bir ailədə dünyaya gəlməyi onlar istəmədilər. İnsanların onlarla necə davrandıqları barədə son vaxtlarda mənə xəbər verməyə başlayıblar... Onların kimliyini görmürlər və məncə, bu, onlar üçün çox çətin olmalıdır. Onları bundan qoruya bilmək istərdim", - dünya şöhrətli ifaçı qeyd edib.
J.Lo kimi ultra məşhur bir insanın övladları olmaq istər-istəməz onların həyatını diqqət mərkəzində saxlayır:
"Heç tanımadığınız insanlar tərəfindən mühakimə olunmaq... Məncə, onların böyüməsi və özləri olmaları çox çətindir. Bilirlər ki, onların üzərində obyektiv var və bu, çox ağırdır. Çox güman ki, demək mümkün deyil, çünki çox adam başa düşmür.
“Let’s Get Loud” mahnısının ifaçısı mübarizələrinin ona necə təsir etdiyini də danışıb: "Onların həyatına gətirdiklərimiz və etdiklərimiz biz anaların məsuliyyətidir".
Müsahibə zamanı Lopez əlavə olaraq ən son çəkildiyi "Ana" filmi barədə suallara cavab verib və bildirib ki, ekran işi onu analıq vəzifələri üzərində yenidən düşünməyə vadar edib:
"Mükəmməl ana nədir? Və bu nə deməkdir? Həqiqət budur ki, hamımız bunu fərqli edirik. Və biz bunu ailəmizdəki müxtəlif uşaqlara fərqli şəkildə edirik. Beləliklə, həqiqətən mükəmməl versiya yoxdur. Bu, sadəcə olaraq, öz xüsusi bacarıqlarınız və xüsusi təcrübələrinizlə ola biləcəyiniz ananın ən yaxşı versiyası olmaqdan ibarətdir.
Evdə oturan ənənəvi ana deyiləm. Mən tək anayam, işləyən anayam. Mən bir növ məşhur anayam, bu da uşaqlar üçün qəribə bir şeydir. Beləliklə, mənim bir sıra görməli olduğum işlərim var ... insanların normal hesab etmədikləri şeylər. Buna görə də bunu masaya gətirmək fikri xoşuma gəlir, çünki əla ana olmaq üçün xüsusi bir ana olmaq lazım deyil".
View this post on Instagram
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?































.jpg)
.jpg)










