Qarabağ
İlham Əliyev Qarabağa azadlıq gətirən tarixləşmiş rəhbərdir - Professor
“Qoy Ədalət Zəfər çalsın” – hələ keçmiş sovet dövründə ulu öndər Heydər Əliyevin sanki bu günə ünvanlanan uzaqgörən siyasi ideoloji məntiqi Prezident İlham Əliyevin Azərbaycanın işğal olunan əraziləri uğrunda Vətən müharibəsi “Haqq-Ədalət Yolumuzdur” amalında davam edir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən ulu öndər Heydər Əlirza oğlu və ləyaqət, nəciblik nümunəsi, Xanımlar Xanımı Akademik Zərifə Əziz qızı... Tarixdə bəlkə də ikinci Siz kimi Ata-Ana yoxdur ki, övladının uğurları bu qədər onlara Rəhmət oxutdursun! Siz Azərbaycana elə bir Övlad Bəxş etmisiz ki, O - Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də Türk Dünyasının Dualarındadır...
Qanından – südündən gələn Milliçilik, Azərbaycansevərlik, Vətənkeşlik, Qeyrət, Şərəf və qismətinə yazılan Qarabağın Fatehi olmaq talesi, Azərbaycanın Sərkərdəlik – Ali Baş Komandanlıq Tarixinə Prezident İlham Əliyev Heydər oğlu adı Qızıl xəttlə yazıldı. Ata-anasına qəni-qəni rəhmət oxutduran, Azərbaycanda hər bir ailənin Doğması – Əzizi, sevimlisi-istəklisi, güvənc-inam yeri, körpələrin belə dilinin əzbəri İlham Əliyev fenomeni Azərbaycan Dövlətçilik institutunda əbədiyaşar yer qazandı...“Tək vuruşuruq” deyən Prezidentimiz, bütün Azərbaycan xalqı Sizinlədir!.
Bir il öncə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Ali Baş Komandanın taktiki strategiyası hazırda “Qarabağ Azərbaycandır” gerçək və real bir həqiqətdir. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayan dövrdən dünya KİV və TV-lərinə müxtəlif dillərdə, hər dəfə də daha yeni fikirlərlə müsahibələr verən Prezidentin məntiqində strateji-hərbi, siyasi-ideoloji, diplomatik-taktiki gedişlər paradiqmalarını ehtiva edən çıxışların hər biri ayrıca aktual elmi tədqiqat mövzusudur.
Milli ideologiya=azərbaycançılıq, liderlik xarizması=xalqın dəstəyi, vətəndaşlıq təəssübkeşliyi=milli identiklik vəhdəti kimi paradiqmalara söykənən Prezidentin çıxışlarına beynəlxalq müstəvidə belə ciddi marağın olduğu reallıqdır. Diplomat Liderin bu müsahibələri Vətən müharibəsi gedişatında əhəmiyyətli rola malikdir və fənlərarası tədqiqatlarda öyrənilməsi zəruridir. Çünki hər çıxış ayrıca bir beynəlxalq elmi ideyalar bankında və dissertasiya mövzusu seçimində aktual mövzular səviyyəsindədir.
Ali Baş Komandanın səriştəli, innovativ tezisləri dövrümüzün xalq-liderlik, torpaq-vətəndaşlıq və birlik-həmrəylik-indentiklik barəsində təsəvvürləri ciddi surətdə dəyişdirir, onlar artıq elmdə də hərbi-strateji, siyasi-ideoloji beynəlxalq hüquq çərçivəsində Dialoq+Sülh+Anlaşma+Həmrəylik+Güc+ Lider+ Xalq+ Ordu vəhdəti statusunu özündə əks etdirir. Aşkarca görünür ki, iki əsirlik “tabeçilik” problemləri öz növbəsində Qarabağ münaqişəsi ilə kəsişir, bu isə Azərbaycan xalqının bütün vətəndaşlarının yekdilliklə dəstəklədiyi Vətən uğrunda savaşında könüllü olaraq iştirak ilə zərurətə çevrilir.
30 illik nəticəsi olmayan beynəlxalq hüququn qətnamə və qərarlarına dəqiq və əsaslandırılmış səlis cavablar, universal savadlı diplomat Ali Baş Komandanın xalqda Ümumbirlik amalında vətənpərvərlik, bir-birinə qarşı tolerantlıq, haqq-ədalət və humanizm tərbiyəsi məsələlərini yenə də qorumağa yönəldilir. Bu tezislərdə münaqişədə mükaliməyə nail olmaq çətindir həqiqəti ilə bahəm, münaqişədə Ali Baş Komandanın vurğuladığı dialoq-atəşkəs yaratmaq da amansız düşmənin Gəncə, Bərdə, Tərtər və s. təxribatları göstəricisində mümkün deyil.
Müharibə və Sülh Dialoqu siyasi fəlsəfəsində problemlərin xarakteristikası həm dünənki tarixdən, həm də nisbətən yaxın zamanlardan olan vəziyyətin- torpaqların işğal göstəricisidir. Etiraf etmək lazımdır ki, bu məsələlərin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun və xüsusilə ölkənin Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın beynəlxalq müstəvidə ardıcıl olaraq keçirdiyi humanitar-mədəni tədbirlərin də böyük dəstəyi olub.
İlham Əliyev xarizmatik, rasional zəkalı, təmkinli, modern davranışlı liderdir. Bu fenomendə həm beynəlxalq qarşılıqlı münasibətləri, həm hərbi-taktiki, həm siyasi-ictimai prosesləri, eləcə də ölkəsinin xarici və daxili siyasətini, milli təhlükəsizliyini, iqtisadi rifahını yönləndirən Rəhbər keyfiyyətləri olan, qazanılan Qələbə Yolunda ən önəmlisi Azərbaycan xalqına hər müraciətində açıqlıq-şəffaflıq da vacib şərtdir.
- İlham Əliyev Ali Baş Komandan olaraq XXI əsrin yeni peşəkar Azərbaycan Ordusunu, “az canlı itki, daha çox müasir texniki vasitələrlə” Qələbəni hədəf seçən hərbi-taktiki bilikli Döyüşən və Vuruşan Liderdir.
- İlham Əliyev “Mən hər bir azərbaycanlının Prezidentiyəm” amalını Vətən müharibəsi gedişatında da səsləndirdi... Və Azərbaycan Respublikasının mövcud qanunları ilə yaşam tərzinə əməl edən hər bir Azərbaycan vətəndaşı olan erməninin də ölkəmizdə yaşaya bilər fikrini diqqətə yetirir. Amma o halda ki, “əli azərbaycanlı qətlində olmasın”. Bu humanist Lider çağırışdır.
- İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn qanunlarına, tələblərinə uyğun olaraq əməl etməsini bəyan edir və “işğal olunmuş ərazilərimizdən, bizim torpağımızdan çıxın, sonra sülh danışığına başlayaq” tələbini də Dialoq+Sülh+Ədalət+Haqq prinsipindən siyasi iradəli Lider məntiqi ilə irəli sürür.
- İlham Əliyev islahatçı praqmatik Rəhbər və idarəçilik səriştəsi olan, informativ hazırcavablığı ilə də terrorçu qonşu düşmənin istər dünənki, istərsə də hazırkı rəhbərlikləri ilə müqayisədə də öz məharətli kreativ və diplomatik məntiqi ilə Qalib Liderdir.
- İlham Əliyev Ali Baş Komandanlığı və müzəffər Azərbaycan Ordusuna rəhbərliyi ilə “böyük ermənistan” mifini tarixi-siyasi-hərbi strategiyası ilə Dağıdan Liderdir.
- İlham Əliyev 19-cu əsrin əvvəli Kürəkçay, Gülüstan, və Türkmənçay müqavilələrindən başlayaraq Qarabağda köç salan, tarixi-əzəli Azərbaycan torpaqlarının toponomiyasını dəyişən, erməniçilik-daşnakçılığın “dənizdən dənizə” xülya olan ideologiyasını “Qarabağ Tarixi Azərbaycandır” aksioması ilə təsbit edən Qurucu – Yaradıcı, torpağına Azadlıq gətirən, Azərbaycan Ordusuna və Xalqına arxalanan güclü milli Liderdir.
- İlham Əliyev Azərbaycanın Dövlət Sərhədlərini Bərpa edən, 30 illik işğal siyasətini pozan, Qarabağa Azadlıq+Sülh+Rifah gətirən Ali Baş Komandan Liderdir.
Torpağınız nurlu, qəni-qəni Sizə rəhmət olsun, ulu öndər Heydər Əlirza oğlu və akademik Zərifə Əziz qızı, Azərbaycanın Lider Övladı İlham Heydər oğlu Əliyev tarixi-əzəli Qarabağa şanlı Azərbaycan ordusu ilə birgə Azadlıq gətirən tarixləşmiş Rəhbərdir.
İnsanlığın da, dövlətçiliyin də, qanunların da, ictimai-siyasi inkişafın da təməlində ən mühüm paradiqma ƏDALƏTdir. Nəzərə yetirək ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva dünyaya ünvanladığı bəyanat verib ki: “İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən...təşkilatları törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram”.
Fikirlərimi Prezident İlham Əliyev məntiqi ilə bitirirəm: “Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir.... Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.”
Rəna Mirzəzadə, professor
AMEA Fəlsəfə İnstitutu şöbə müdiri
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var