Qarabağ
Ermənistan təzminat ödəməyə məcbur ediləcək - ŞƏRH
“Ali Baş Komandanın və Birinci vitse-prezidentin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl şəhərlərinə ziyarəti tarixi səfərdir. Ölkə başçısı bütün təhlükələrə rəğmən, Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Azərbaycan rəhbərliyi ermənilərin törətdiyi vəhşiliyi öz gözləriylə gördü. Bu səfərdə Prezident onu ifadə etdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş və ermənilər tərəfindən dağıdılmış torpaqları gələcəkdə yenidən cənnətə çevirmək qüdrətinə malikdir”.
Bu sözləri Publika.az-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin səfəri əhali tərəfindən xüsusi coşğu və izdihamla qarşılanıb:
“Bu rayonların təbiəti, infrastrukturu dağıdılmasına baxmayaraq, Azərbaycan oraları yenidən bərpa edəcək. Prezident eyni zamanda öz çıxışında Ermənistana qarşı irəli sürülən təzminatlarla bağlı mühüm açıqlamalar verdi. Azərbaycan beynəlxalq təşkilatları dəvət edərək çox ciddi araşdırma və hesablamalar aparacaq. Beynəlxalq hüquq normalarına əsasən Ermənistan törətdiyi bütün vəhşiliklərə görə təzminat ödəməyə məcbur ediləcək”.
Millət vəkili onu da vurğulayıb ki, Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır:
“Azərbaycan İranla sərhəddi artıq öz nəzarətinə götürüb. Bütün qonşu ölkələrlə Azərbaycan dostluq və əməkdaşlıq siyasəti həyata keçirir. Bu istiqamətdə Azərbaycan əməkdaşlıq üçün gələcəkdə müvafiq beynəlxalq infrastruktur layihələrini həyata keçirmək imkanlarını da genişləndirir. Odur ki, sərhəd bölgəsinin – Xudafərin körpüsünün işğaldan azad olunması və yenidən Azərbaycanın nəzarətinə qaytarılması tarixi əhəmiyyət daşıyır”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
