Qarabağ
"Le Monde" qəzeti Ağdamın azad olunmasından yazdı
Fransanın "Le Monde" qəzeti 27 il erməni separatçılarının nəzarətində olan Ağdam rayonunun 20 noyabr tarixində Azərbaycana qaytarılması haqqında yazı dərc edib.
Publika.az xəbər verir ki, yazıda qeyd olunur ki, hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın şərtlərinə əsasən Ağdamla yanaşı, digər iki rayon - Kəlbəcər noyabrın 25-i, Laçın dekabrın 1-i - Azərbaycana qaytarılmalıdır. Bu ərazilərin 30 ilə yaxındır erməni silahlı birləşmələrinin nəzarəti altında olduğu, 1990-cı illərdə on minlərlə insanın ölümü, yüz minlərlə insanın, xüsusən də Ağdamdan azərbaycanlı əhalinin didərgin düşməsi ilə nəticələnən müharibə də oxucuların diqqətinə çatdırılır.
Həmçinin yazıda iki minə yaxın rus sülhməramlı əsgərlərin atəşkəs rejiminə nəzarət etmək üçün Qarabağda və ətraf rayınlarda yerləşdirildiyi qeyd olunur.
Bundan əlavə, Azərbaycana məxsus əraziləri tərk edən ermənilərin öz mal-qaralarını öldürdükləri və ağaclardan meyvələri toplayaraq özləri ilə aparmaları, bəzilərinin isə hətta evləri yandırdıqları qeyd olunur. Həmçinin, 30 ilə yaxındır “ruhlar şəhəri” olan Ağdamın separatçıların arxa bazası olduğu deyilir və vurğulanır ki, əsgərlər bölgəni tərk etməzdən əvvəl qərargahlarını yerlə-yeksan edərək ona od vurmuşlar.
1990-cı illərdə hazırda baş verənlərin əksinin yaşandığı, yerli azərbaycanlı əhalinin öz evlərini tərk etmək məcburiyyətində qaldıqları qeyd olunur. Sonda, Qarabağda atəşkəslə bağlı razılaşmanın Ermənistanda böyük etirazlara səbəb olduğu və baş nazir Nikol Paşinyanın “xain” adlandırıldığı da vurğulanır.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?








.jpg)

.png)
















.jpg)
.jpg)






