Qarabağ
“Ağıllı şəhər” konsepsiyası işğaldan azad olunmuş ərazilərdə - AÇIQLAMA
“İşğaldan azad olunmuş ərazilər kifayət qədər böyükdür. Şuşa şəhəri də daxil olmaqla 6 rayon geri alınıb. Demək olar ki, Şuşa və bir neçə yaşayış məntəqəsi istisna olmaqla qalan bütün ərazilərin həm sosial şərtləri, həm də iqtisadiyyatı sıfırdan qurulmalıdır”.
Publika.az xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Azər Mehtiyev işğaldan azad edilən torpaqlarda sektorlar üzrə investisiya qoyuluşu və investorların cəlb edilməsi ilə bağlı danışarkən qeyd edib.
Onun sözlərinə görə, bu proses həmin ərazilərin reabilitasiyasından sonra olmalıdır: “Yəni əvvəl həmin ərazilərin minalardan təmizlənməsi və digər reabilitasiya işləri aparılmalıdır. Köhnə, dağılmış yaşayış məntəqələrinin qalıqlarının hansı hissəsinin təmizlənib, hansı hissəsinin saxlanma məsələsi həllini tapmalıdır. Bunlar çox ciddi araşdırılmalıdır və həm ümumi, həm də həmin ərazilərin hər birinə xüsusi yanaşmalar tətbiq edilməlidir. İlk növbədə orada torpaq islahatına aydınlıq gətirilməlidir. Torpaq islahatı olacaqmı və bu necə həyata keçiriləcək?”
A.Mehtiyevin fikrincə, orada olan şəhərlərin bərpası dağıldığı dövrdə olduğu kimi deyil, daha müasir tələblərə cavab verməlidir: “Smart şəhərlərin (Ağıllı şəhər) qurulması gündəmə gəlməlidir. Kəndlərin yenilənməsi zamanı sovetdən qalma kənd quruluşunun davam etməsi, yoxsa yeni yanaşma məsələsinə aydınlıq gətirilməlidir. Bu da çox önəmlidir. Ona görə bizim orada hansı tip kəndləri yerləşdirəcəyimizə, həm də necə bir iqtisadiyyatın formalaşacağına qərar verməliyik. Bunlar biri-biri ilə bağlı məsələlərdir. Nəhayət, bu ərazidə xüsusi mədəniyyət, elm mərkəzi kimi Şuşanın formalaşdırılması, digər şəhər və rayon mərkəzinin hansının sənaye qovşağı kimi inkişaf etdiriləcəyi ilə bağlı qərar verilməlidir. Xüsusilə sağlamlıq, turizm zonalarının yaradılması həllini tapmalıdır ki, onun üçün xüsusi proqramlar işlənməlidir. Eyni zamanda təbii ehtiyatlara yönəlik sənaye ilə yanaşı, həm də o ərazilərin kənd təsərrüfatı potensialı nəzərə alınmaqla, məhz kənd təsərrüfatı məhsullarının emalı əsasında iri emal sənayesi kompleksinin yaradılmasına baxılmalıdır. Bu prosesdə dövlətin, özəl sektorun rolu dəqiqləşdirilməlidir. Xüsusilə xarici investorların cəlb edilməsi üçün iş aparılmalıdır. Yəni bu, böyük bir proqramdır, yəqin ki, uzunmüddətli dövrü əhatə edəcək. Bunun üçün mütləq xüsusi dövlət proqramının hazırlanması zəruridir”.
İqtisadçı vurğulayıb ki, bu ərazilərin dirçəldilməsi zamanı nəinki ora gələn investorlara, hətta ora köçüb gedəcək əhaliyə müəyyən güzəştlər sistemi işlənməlidir: “Söhbət kompleks mexanizmlərdən gedir. Yəni yalnız vergi-gömrük rüsumu güzəştlərindən deyil, orada bütövlükdə yeni yanaşma tərzi qoymaqdan gedir. İqtisadi islahatlardan, həmin ərazilərdə mülkiyyət toxunulmazlığına zəmanətdən tutmuş məhkəmə münaqişələrinin ədalətli həllinə qədər geniş çərçivədə məsələlər həllini tapmalıdır”.
Şamo Emin
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)

























