Qarabağ
“Haber Global” Kəlbəcərdən xüsusi reportaj yayımladı - VİDEO
Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonundan xüsusi reportaj yayımlayıb.
Publika.az xəbər verir ki, kanalın Kəlbəcərə ezam olunmuş müxbiri Osman Girgin reportajın əvvəlində xatırladıb ki, Ermənistanın hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərin sakinləri olan azərbaycanlılar şaxtalı havada bu bölgənin cığırları ilə üç gün ərzində ayaqyalın yol gedib, öz torpaqlarında köçkün olublar. Reportajda həmin dəhşətli anları əks etdirən kadrlar da nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin 27 il işğal altında saxladığı bu bölgədə törədilən dağıntıların, yanğınların izləri hər yerdə var.
Kadrlardan aydın görünür ki, qəsbkar ermənilər bölgəni tərk etmək məcburiyyətində qalanda belə yenidən vandalizm aktları törədərək evləri yandırıb, meşələrə, ağaclara qarşı əsl soyqırımı həyata keçiriblər. Hər şey dağıdılıb, məhv edilib. İşğalçılardan sonra burada, sadəcə, divarlar qalıb.
Azərbaycan Ordusunun əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda bir nişanə qoymaq üçün divarlara yazdıqları yazılar da tamaşaçıların diqqətinə çatdırılıb.
Reportajda vurğulanır ki, artıq Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bölgənin təhlükəsizliyi və bu yerlərdə həyatın qurulması üçün əsaslı işlər görülür.
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”



































