Qarabağ
Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması
Rusiya uzun illər Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana geri qaytarılmalı olduğu fikrindən çıxış etdi. Bundan əlavə, bölgədə status-kvo müəyyənləşdirilməlidir.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişə məsələsində əsas qan tökülməsini dayandırmaqdır: “Tərəflər üçtərəfli müqavilənin imzalanması ilə sahib olduqları mövqelərə diqqət yetirməlidirlər. Həqiqi vəziyyət daha mürəkkəbdir, insanlar hər hansı səbəbdən əllərinə silah götürürlər. Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı, beynəlxalq hüquq baxımından bunlar Azərbaycan əraziləridir”.
Putin bildirib ki, münaqişənin xarici müdaxilə səbəbindən alovlandığına şübhə edir: "Vəziyyət nəzarətdən çıxdı, bu gərginlik uzun illər davam etdi. Xırda pozuntular böyüyüb münaqişəyə çevrildi və nəticədə hərbi əməliyyatlar başladı".
Rusiya lideri hesab edir ki, bölgədə atəşkəsin pozulması təcrid olunmuş haldır.
Putin hesab edir ki, Qarabağla bağlı beynəlxalq vasitəçilər sözdən işə keçməli və yerli əhaliyə kömək etməli, işləri yalnız Rusiyaya buraxmamalıdır.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
