Qarabağ
İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradıldı
"İşğaldan azad olunmuş ərazilərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi əsasında yaradılan iki səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi hərbi qulluqçulara xidmət edir. Qırx dörd günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə də mübarizə apardığımızı unutmamalıyıq".
Bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.
Onun sözlərinə görə, hərbi tibb müəssisələrinin mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmayıb: "Hazırda hərbi qulluqçular hərbi tibb və mülki səhiyyə müəssisələrində müalicə alırlar. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla xidmət göstərirlər. Azərbaycanın özəl səhiyyə xəstəxanaları, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər silahlı birləşmələrin hərbi tibb xidmətləri göstərən müəssisələri bundan sonra da dəmir yumruq kimi birləşərək Vətənə və yaralı əsgərlərə xidmət edəcək”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)





.jpg)

















.jpg)

.jpg)