Qarabağ
Rusiya Qarabağ döyüşlərindən dərs götürəcək - Borisov açıqladı
Rusiya silahlanma proqramında Qarabağdakı PUA istifadə təcrübəsini nəzərə alacaq.
Publika.az xəbər verir ki, bu sözləri RBK-ya müsahibəsində Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
O bildirib ki, Qarabağdakı münaqişə pilotsuz nəqliyyat vasitələrinin nə qədər geniş istifadə olunduğunu göstərib.
Borisov əlavə edib ki, 2033-cü ilədək olan müddət üçün hazırlanmış proqramda pilotsuz nəqliyyat vasitələrinin istifadəsi təcrübəsi nəzərə alınacaq: “Pilotsuz nəqliyyat vasitələrinin istifadəsi ilə hərbi qarşıdurmaların təbiətinin necə dəyişdiyinə baxın. Bu, onsuz da, sabit tendensiyadır. Bunlar həm kəşfiyyat deməkdir, bu gün də zərbə silahlarıdır. Qarabağda necə işlədiyini də göstərdi”.
Onun sözlərinə görə, proqramda “Kalibr” raket sistemləri, “X-101” və digərləri də daxil olmaqla, Suriyada istifadə edilən yüksək dəqiqlikli silahların istismarı təcrübəsi nəzərə alınacaq.
Rusiyada 2018-2027-ci illər üçün mövcud silah proqramının həcmi 20 trilyon rubl təşkil edir. 2020-ci ilin iyul ayında Rusiya Federasiyası Maliyyə Nazirliyi koronavirusla əlaqəli iqtisadi çətinliklər səbəbindən proqramı gələcək 3 ildə 5% azaltmağı təklif edib. Sentyabr ayında Rusiya hökuməti təklifi təsdiqləyib.
Zümrüd
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq
































.jpg)