Qarabağ
Murov dağının altından Kəlbəcərə TUNEL ÇƏKİLİR - RƏSMİ
Kəlbəcər yolunun inşasına Göygöl rayonunun Toğanalı kəndindən start verilib. Yol Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə kimi uzanacaq.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, yolun uzunluğu təxminən 190 km-ə yaxın olacaq:
“Əlavə olaraq layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km olması nəzərdə tutulur. 28 km Kəlbəcər-İstisu istiqamətinə, 87 km Kəlbəcər- Laçın istiqamətinə düşür. Layihənin ilk 4,5 km hissəsi Toğanalı kəndinin içərisindən keçir”.
Qurum sözçüsü əlavə edir ki, layihənin 7, 10 və 13-cü kilometrliyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlərin də paralel olaraq həyata keçirilməsi nəzərdə tutulur.
A.Nəcəfli Murov dağı silsiləsinin altından tunellərin inşasının nəzərdə tutulduğunu da vurğulayıb:
“Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur.
Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihədə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır.
Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb.
Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni, yol iki-üç zolaqlı olacaq”. / "Bizim.Media"
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi































.jpg)
.jpg)




