Qarabağ
Tikinti üçün istehsalat bazasını gücləndiririk - Cəfərağa Şiriyev
"İşin sürətini artırmaq məqsədilə yaxın zamanda 24 saatlıq iş rejimində tikintiyə davam edəcəyik. Proqramda var ki, uçuş-eniş zolağını ilin sonuna qədər təyyarələrin enməsi üçün istifadəyə verək".
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Füzuli Beynəlxalq Hava Limanının tikintisini həyata keçirən "Azvirt" şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev deyib.
Podratçı şirkətin baş mühəndisi bildirib ki, qısa müddət olsa da, ərazidə xeyli iş görülüb: "Hazırda dayandığımız yer uçuş-enmə zolağının birinci kilometrliyidir. Az müddət də olsa, çoxlu iş aparılıb. Proses sürətlə gedir. Ancaq tikintinin sürətlə getməsi ərazinin minalardan tam təmizlənməsindən asılıdır. Hazırda bu proses də paralel olaraq aparılır".
C.Şiriyevin sözlərinə görə, tikintiyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub: "İşçilərin bu sahədə kifayət qədər təcrübələri var. Biz şirkət olaraq Azərbaycanda 8-ci hava limanınıdır ki, tikintisini davam etdiririk. Hazırda tikinti üçün istehsalat bazasını gücləndiririk. Xaricdən iki ədəd müasir tipli asfalt-beton, 3 ədəd doğrayıcı və çeşidləyici qurğular alınıb. Bir beton-zavod, bir ədəd mexaniki qarışdırıcı qurğu və çoxlu sayda texnika tikintiyə cəlb olunub".
Akqabay Mıradov
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq



































.jpg)
.jpg)