Qarabağ
Arzu Nağıyev - Bu ərazilər daha çox minalanıb
Əhalinin işğaldan azad olunmuş ərazilərə qaytarılmasından öncə minalardan təmizləmə prosesi tam şəkildə başa çatmalıdır. İstər şəhər, istərsə də rayonlarda minalardan təmizləmə işləri başa çatdıqdan sonra dünya ictimaiyyəti bilməlidir ki, ermənilər hansı vandalizmlə məşğul olub, eyni zamanda Azərbaycana nə qədər ziyan vurulub.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, təkcə dağıntılar deyil, xarici şirkətlərin Azərbaycanın işğal altında olan ərazilərində vaxtı ilə apardığı biznes fəaliyyəti də problemə çevrilmişdi:
“Bu kimi məsələlərin hamısı həll olunduqdan sonra infrastrukturun bərpası başa çatmalıdır. Qaytarılma prosesinə də bu işlərin başa çatması ilə başlanılacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Şuşa Azərbaycanın mərkəzidir, orada hər hansı xaotik məskunlaşmaya, tikintiyə yol vermək olmaz və olmayacaq. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə xüsusi, səmərəli və operativ idarəetmə strukturlarının yaradılması ilə bağlı verdiyi tapşırıqlar bütün neqativ halların qarşısının alınması məqsədi daşıyır”.
Millət vəkili qeyd edib ki, Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsi istiqamətində də müvafiq danışıqlar aparılır:
“Ermənilər minaladıqları ərazilərin xəritələrini təqdim etmirlər. Bu da məqsədyönlü şəkildə həyata keçirilir. Əsas da insanların gedə biləcəyi ziyarətgahlar, qəbiristanlıqlar kimi ərazilər daha çox minalanıb. Ermənistan tərəfi başa düşməlidir ki, əgər onun terror təşkilatları yaratmaq fikri olsa, hər bir şəxs haqqında müvafiq qərarlar qəbul ediləcək”.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi

















.jpg)


















.jpg)

.jpg)