Qarabağ
Qarabağda rus dili üzərindən təhlükəli oyun...
Qarabağda separatçılar rus dilini ikinci “əsas dil” etməyə hazırlaşır: olmayan dövlətin olmayan dili.
Məsələnin mahiyyətinin bundan ibarət olduğunu düşünsək, dəyişən bir şey olmayacaq. Lakin belə bir addımın təhlükəli tərəflərinin olduğunu da qəbul etməliyik, xüsusilə bölgədə rus sülhməramlılarının fəaliyyəti fonunda.
Rus dilinin separatçılar tərəfindən siyasi manipulyasiya alətinə çevrilməsi Bakı-Moskva münasibətləri üçün xoşagəlməz vəziyyət yarada bilər, bu baxımdan, separatçıların başından böyük oyun qurduğu fikri önə çıxır:
- Qarabağdakı separatçı-terrorçuların qalıqları bununla Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə “sağ qalmaq” üçün bu addımı atır;
- Baş separatçı Araik bununla rusların gözünə girməyə çalışır, Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir;
- Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir: erməni silahlıların Qarabağda mümkün qədər qalması və Xankəndində Azərbaycan idarəetmə mexanizminin qurulmasının gecikməsi Paşinyan hakimiyyətinə daxili siyasi mübarizə üçün lazımdır;
Rus dilinin separatçıların ikinci dili olması layihəsinin hələ müharibədən öncə mövcud olduğunu da nəzərə alsaq, oyunun Rusiyanın iradəsindən kənar oynandığı fikri güclənir, amma inandırıcılıq dərəcəsi nə qədərdir?
Moskva separatçıların onun Bakı, həm də Ankara ilə üz-üzə qoyacaq oyununa imkan verərmi?!
Rus dili üzərindən belə manipulyasiyaların edilməsinə göz yumarmı?!
Çətin, hər şey bu qədər sadə deyil və hadisələrin inkişafı ssenari müəlliflərinin Moskvada olduğunu istisna etmir:
1. Qarabağdakı ermənilərə rus pasportlarının verilməsi ideyası Moskvanın “yatırım” etdiyi Balasanyanın dilindən gündəmə gətirildi;
2. Rus dili Qarabağdakı ermənilərin “ikinci dili” kimi qəbul olunur və bununla Moskvanın onlar üzərindəki “himayəsi” gücləndirilir;
Hədəf maraqlarına təhlükə yaranacağı təqdirdə - bölgədə mövcudluğu sual altına düşərsə - Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaqdır.
Təhlükəli oyundur və bu, 10 noyabr razılaşmasının icrasını, Xankəndində Azərbaycan idarəçiliyinin qurulmasını sürətləndirməyi zəruri edir.
Asif Nərimanlı
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır








.jpg)


























