Qarabağ
Ermənilər 8 noyabr tarixini heç vaxt unutmayacaq - Tarixçi alim
O zaman Azərbaycan rəhbərliyində baş alıb gedən hərc-mərclik, fərasətsizlik, başıpozuqluq, savadsızlıq ucbatından xalqımız özünün mədəniyyət mərkəzi olan və əslində bütün Cənubi Qafqazın cənnət məkanı olan Şuşa şəhərini itirməyə məcbur oldu. Azərbaycan xalqının düşmənləri Şuşa şəhərini işğal etdilər. Bu, həm də Şuşanın müdafiəsini təşkil etməyə borclu olan o zamankı müdafiə nazirinin və bilavasitə respublika rəhbərliyinin Azərbaycan xalqı qarşısında törətdiyi cinayətdir. Belə bir şəhəri ermənilərin işğal etməsinə imkan vermək heç bir məntiqə sığmırdı.
Bu sözləri Publika.az-a professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov Şuşanın işğal tarixi haqqında danışarkən deyib. Professor bildirib ki, 8 may Şuşanın işğal günü tarixin zibilliyinə atılıb:
“Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi hərbi əməliyyalar nəticəsində 8 noyabr 2020-ci il tarixində biz Şuşanı azad etdik, özü də əlbəyaxa döyüşlə! İriçaplı silahlardan, ağır silahlardan istifadə etməyərək Azərbaycan Silahlı Qüvvələri bu cənnət məkanı düşməndən azad etdi. Bundan sonra 8 may ermənilərin qələbə tarixi hesab edilə bilməz. 8 may Azərbaycan tarixində bir “qara gün” idi, biz o “qara gün”ü sildik. Bizim üçün artıq Zəfər günü var. 10 noyabr tarixində Ermənistanın təslim olması haqqında kapitulyasiya sənədi imzalanıb. Biz bundan sonra şübhəsiz ki, bu tarixi Zəfər günü kimi qeyd edəcəyik.
Bununla biz bütün Cənubi Qafqaz və digər region ölkələrini erməni nasizmi, faşizmi təhlükəsindən xilas etdik. İkinci Dünya müharibəsində alman faşizminin yanında olan erməni nasizmini Azərbaycan xalqının qəhrəman oğulları öz gücü ilə məhv edib dünyanın xilası üçün yeni bir addım atdı. Odur ki, xalqımız bir daha 8 mayı yada salmayacaq. 8 may artıq bizim üçün təqvimin adi bir günüdür, bundan sonra bu acı xatirəni yada salmayacağıq.
Azərbaycan öz qələbəsi ilə sübut etdi ki, biz o zamankı yanlış addımların qurbanı olmuşduq. Bu səhvi biz düzəltdik, xalqımız və onun igid oğulları bu qələbəni təmin etdi. Ermənilər isə 8 noyabr tarixini heç vaxt unutmayacaq. Onlara belə bir dərs vermək lazım idi. Ölkə Prezidenti, Ali Baş Komandan başda olmaqla, Azərbaycan Ordusunun igid oğulları bu dərsi onlara verdi. Bu dərs təkcə onlara yox, onların arxasında dayananlara da əbədi bir dərs olacaq. Gördülər ki, qəhrəman xalq və qüdrətli dövlətin gücü nə deməkdir”.
Tarixçi alim qeyd edib ki, Nobel prospektinin adının dəyişdirilib “8 Noyabr” prospekti qoyulması mühüm hadisədir:
“İlham Əliyev 103 il bundan əvvəl ermənilərə yardım edən, onları maliyyələşdirən Nobellərin adı ilə bağlı prospektin adını dəyişdirdi. Bu, çox möhtəşəm bir addımdır. Bir vətəndaş kimi cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Çünki Nobellərin fəaliyyəti ermənilərin maliyyə cəhətdən təmin edilməsinə yönəlmişdi. Apardığım tədqiqatlar da bunu deməyə əsas verir”.
Aytən Məftun
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi