Qarabağ
Şuşaya tarix və mədəniyyətimiz qayıtdı - Deputat
"Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqların mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğuna görə işğaldan əvvəl də Şuşanın harasına baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan. Ona görə də Şuşaya qayıdışımız mədəniyyətimizin qayıdışından başlanıb".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, erməni vandallığına məruz qalmış tarixi abidələrə, o cümlədən Üzeyirin, Bülbülün, Natəvanın, Vaqifin abidələrinə doğma Şuşada yenidən nəfəs qaytarıldı:
"Şuşaya qayıdışımız "Xarıbülbül" musiqi festivalı ilə başlandı və Vaqif Poeziya Günləri ilə davam etdi. Bu o deməkdir ki, Şuşa azərbaycanlıların tarixi şəhəri olduğuna görə tariximiz və mədəniyyətimiz qayıdır. 30 avqustda Vaqif Poeziya Günlərinin açılışında Prezident İlham Əliyev geniş nitqində həm Şuşanın Azərbaycan üçün əhəmiyyəti ilə bağlı, həm də strateji əhəmiyyətli mesajlar səsləndirdi. Ölkə başçısının birinci mesajı Şuşanın tarixi ilə bağlıdır. Cənab Prezident qeyd etdi ki, Şuşa şəhərinin qurucusu Pənahəli xandır. Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoyub və biz gələn il Şuşanın 270 illiyini qeyd edəcəyik. Bu o deməkdir ki, Şuşanın tarixi ilə bağlı bütün faktlar azərbaycanlılara aiddir. İkinci bir mesajı isə odur ki, ermənilər Şuşada öz tarixi bağlılıqlarını ifadə etməyə heç bir mənbə və fakt tapmadığından Ermənistan rəhbərliyi Cıdır düzündə araq içib təlxək kimi rəqs etdiyi halda, Azərbaycanın rəhbəri Cıdır düzündə Şuşanın tarixiliyini özündə əks etdirən "Xarıbülbül" musiqi festivalını keçirdi".
Deputat əlavə edib ki, digər bir mesaj ədalətin mövcudluğudur:
"Azərbaycanın müzəffər ordusu bu ədaləti bərpa etdi və bu gün Şuşa azaddır, yenidən öz sakinlərini gözləyir. Prezident İlham Əliyevin başqa bir mesajı: ermənilər 30 il ərzində Şuşanın tarixini saxtalaşdırmağa çalışsalar da, bir şeyin ortaya çıxmadığını və separatçı qurumun şeytanları üçün tikintisinə başladıqları şeytan yuvasını dağıtdığımızı qeyd etməklə separatçı ermənilər üçün Şuşada yer olmadığını bəyan etməsidir. Sovet ideologiyasına görə xanlıqların təbliğinə qadağa qoyulduğu bir dövrdə Qarabağ xanının vəziri olmuş dövlət xadimi, şair Molla Pənah Vaqifə məqbərənin qoyulması Ulu öndərin heç nədən çəkinməyərək Şuşanın Azərbaycan şəhəri olduğunu bəyan etməsi və o vaxtlar da ermənilərin Şuşaya olan iddialarının məhv edilməsi demək idi".
Azər Badamov qeyd edib ki, Şuşa AXC-Müsavat cütlüyünün xainliyi nəticəsində ermənilərə verildi, amma müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz onu geri qaytardı və bu gün şəhərə yeni ruh verilir:
"Şuşanın ermənilərə verilməsi Ermənistanın Dağlıq Qarabağla coğrafi bağlantısını yaratdı və digər ərazilərimizin də işğal olunmasına yol açdı. Şuşa yenidən qurulur və dünyanın ən gözəl şəhərinə çevriləcək. Şuşada məscidlər, tarixi abidələr bərpa olunur. Tarixini və milli mədəniyyətini özündə əks etdirməklə hazırlanmış şəhərin Baş Planına uyğun yaşayış massivləri, hotellər, konqres zalı, sanatoriya və digər vacib infrastruktur yaradılacaq. Şuşa heç vaxt erməninin olmayıb. Hətta işğal altında olduğu 28 il ərzində də ermənilər nə qədər Şuşada milli mədəniyyətimizi və tariximizi dağıtmağa çalışsalar da, özününküləşdirə bilmədilər. Şuşa sadəcə 28 illik əsirlikdə oldu, amma hər zaman ruhu Azərbaycanla döyünürdü. Şuşa həmişə Azərbaycanın olub və həmişə də olacaq. Şuşa, sən azadsan! Biz qayıtmışıq! Qarabağ Azərbaycandır!"
Tural Turan
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı








































