Qarabağ
Ordumuz Zəngəzura girir? - Alim İNCƏ DETALLARI AÇDI

Azərbaycan parlamentinin 28 mayı Müstəqillik Günü kimi bərpa etməsinin çox böyük siyasi əhəmiyyəti var. Bununla Azərbaycan Respublikası özünün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi olduğunu göstərir.
Publika.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, bu varisliyin elan edilməsi ölkəmizə aşağıdakı fürsətləri verir:
“1) 1918-ci ildə Ermənistan Respublikasına paytaxt kimi verilən İrəvan üzərində hüququmuzu bərpa edir. Azərbaycan Milli Şurasının 1918-ci ildə İrəvanın verilməsi barədə qərarını Azərbaycan Milli Məclisi müzakirə edərək ləğv edə, yaxud qüvvədə qalmasına qərar verə bilər. Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli 3 saylı Protokolunun legitimliyi əsaslandırılmayıb, beynəlxalq və milli hüquq normalarına tamamilə zidd qərardır və müvafiq prosedurlar qaydasında qüvvədən salınmalıdır. Konkret olaraq Azərbaycan Respublikası hökuməti Milli Şuranın 29 may 1918-ci il 3 saylı iclas Protokolunun denonsasiyasını hüquqi prosedurlara uyğun təmin etməli və beynəlxalq hüquq normalarına müvafiq olaraq Ermənistana qarşı İrəvan xanlığı əhalisinin hüquqi varisliyinə dair iddia tələbi qaldırmalıdır.
2) 1919-cu ildə Zəngəzurdan Azərbaycan ordusunun çıxarılması barədə Cümhuriyyət Müdafiə Nazirliyinin qərarını qüvvədən düşmüş hesab edib, Azərbaycan Ordusunun ora yenidən yerləşdirilməsi qərarını verə bilər. Qeyd edim ki, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının nəticəsi olaraq Azərbaycan Cümhuriyyət ordusu Zəngəzur ərazisindən çıxarılmış və müvəqqəti olaraq idarəçilik ABŞ-ın Naxçıvanda olan hərbi attaşesi Ceyms Reyə verilmişdi. Müqavilənin 3-cü maddəsinə belə bir bəndin - “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır” - əlavə edilməsi Ceyms Reyin əl-qolunu açırdı və ona geniş səlahiyyət verirdi. Buna görə də Azərbaycan ordusu regionda sülhün bərqar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı oldu. Bundan sonra ermənilər tamamilə Zəngəzura yerləşmişdi.
3) Müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin hüquqi varisi kimi Konstitusiyaya bənd əlavə etmək hüququ verir. Bu o deməkdir ki, Azərbaycan Cümhuriyyət dövründə imzalanmış bütün yerli və beynəlxalq qərarlar, qanunlar, müqavilələr, əmrlər və digər hüquqi prosedurlara sahib çıxıb onlar üzərində mülkiyyət və hüquqi sahiblik əldə edə bilər.
4) Azərbaycan Cümhuriyyət dövründə imzalanan neft müqavilələri və digər iqtisadi müqavilələrə imza atan Almaniya, Rusiya və digər dövlətlərin öhdəliklərə əməl etməyərək burdan apardıqları sərvətləri geri tələb edə bilər, bu sərvətlərə daşınıb aparılan neftin ödənilməyən pulları, tanker, neft daşıyan qatar sisternləri, neft avadanlıqları və sairə daxildir”.

-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu