Qarabağ
Bu obyektlər Azərbaycan iqtisadiyyatına dəstək verəcək - Deputat
“Şərqi Zəngəzur iqtisadi rayonu tarixən özünün relyefinə və əhalinin ənənəvi məşğulluğuna görə digər ərazilərdən fərqlənib. Burada əhali əsasən kənd təsərrüfatı sahəsinə üstünlük verib. Həmin ərazilərdə müəyyən qədər sənaye sahələri olsa da, kənd təsərrüfatı daha çox inkişaf edib”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahələr üzrə yol xəritəsi yaradılıb və işlər gedir: “Prezident də bəyan etdi ki, burada sənaye, turizm sahələrinə üstünlük veriləcək. Bu obyektlər həm Azərbaycan iqtisadiyyatına dəstək verəcək, həm də əhali üçün iş yeri rolunu oynayacaq. Dövlət proqramları yaradılıb və bu sahələrdə işlər gedir. Bu məsələlərin hər biri iqtisadçılar və mütəxəssislər tərəfindən hesablanır”.
E.Məmmədov vurğulayıb ki, Qarabağ inkişaf etmiş bölgə olacaq: “Şərqi Zəngəzur iqtisadi rayonu çox böyük ərazini əhatə edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi ki, bu ərazilərə xarici investorların cəlb olunması məsələsi gündəmdədir. Qarabağda aparılan quruculuq işlərində və turizmin inkişafında bəzi xarici şirkətlərin fəaliyyətindən istifadə olunacaq. Əhalimiz Qarabağa qayıtdığı zaman artıq burada işlə təmin olunacaq və həyat səviyyələri yüksək səviyyədə olacaq. Bütün bu proseslərin həyata keçməsi isə gələcəkdə iqtisadiyyatımızın daha da güclənməsinə səbəb olacaq. Qarabağ ərazisində tikilən hava limanları ilə turistlər gələcəkdə bu gözəl əraziləri görə biləcəklər. Hava limanları tək turizm və iqtisadiyyat cəhətdən yox, həm də hərbi-strateji cəhətdən bizim üçün böyük üstünlük yaradacaq. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında tikilən hava limanları beynəlxalq status alacaqlar. Artıq Füzuli Hava Limanı istifadəyə verilib və beynəlxalq status alıb. Xarici ölkələrlə aramızda olan yük daşımaları üçün də bu hava limanları çox önəmlidir”.
Rahib Ələsgərov
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

