Qarabağ
Gorus-Qafan yolunda gömrük postu qurulur: erməni maşınlar da yoxlanılacaq
Bu gündən etibarən Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqəsi qurur: buna qədər İran maşınlarının yoxlanışı həyata keçirilirdi, qaydalar Ermənistan nömrəli abtomobillərə tətbiq olunmurdu;
Paşinyan bildirmişdi ki, yoldan erməni maşınlarının istifadəsi ilə bağlı razılaşma var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ermənilərə Azərbaycanın gömrük məntəqəsi qurduğu haqda xəbərdarlıq edib və onları alternativ yoldan – Gorus-Tatev yolundan istifadə etməyə dəvət edib.
Görünür, Azərbaycan Ermənistana alternativ yol çəkilənə qədər bu yoldan maneəsiz istifadəyə icazə verib. İndi Ermənistan alternativ yolun hazır olduğunu deyir və Azərbaycan suveren ərazisindən keçən yoldan istifadəyə görə erməni maşınlarından da dövlət rüsumu alacaq.
Ermənistanın alternativ yolunun əlverişsiz olduğu, xüsusilə yük maşınları üçün çətinlik yaratdığına dair məlumatlar var. Ağır tonnajlı maşınlar yenə Azərbaycan ərazisindən keçən yoldan istifadə etməyə məcbur olacaq.
Asif
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi



































.jpg)

.jpg)