Qarabağ
Heydər Əliyevin Zəngəzurla bağlı tarixi çıxışı – VİDEO

Vətən müharibəsində tarixi qələbəmizdən sonra tarixi torpaqlarımız – Zəngəzur, eləcə də SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana verilən digər ərazilərimiz gündəmə gəldi. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi bu torpaqların tarixinə yenidən baxmağı vadar edir.
Publika.az xəbər verir ki, ümumilli lider Heydər Əliyev 1998-ci ilin 14 yanvar tarixində çıxışı zamanı bu tarixi gerçəkliyi açıq şəkildə dilə gətirib.
Ulu öndər Heydər Əliyev işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edir və bir çoxları üçün sensasiya sayıla biləcək faktları açıqlayır.
“Mehri rayonunda böyük Nüvədi kəndi var. Çoxminlik əhalisi olan bir kənddir. Sırf azərbaycanlıların kəndidir, Arazın qırağında, indi Ermənistanın olan Mehri rayonun Naxçıvanla Azərbaycanın böyük torpağı arasındakı ərazində yerləşir. Həmən bu Nüvədi kəndi ermənilərə 1929-cu ildə verilibdir. Qədim, çox böyük ənənələri olan kənddir.
Nüvədi kəndinin əhalisi də çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, mənim xatirimdədir, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları ordan çıxarda da bilmirdilər. Sonra onlar bir neçə dəfə Naxçıvana gəldilər mənim yanıma, məndən imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, mən vertolyot vasitəsilə - onda bizim bu imkanımız vardı – bir neçə dəfə Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, o nüvədililərin yanına nümayəndələr göndərdim, müəyyən yardımlar göndərdim. Onlarla əlaqə saxlayırdıq. Yəni təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa ərazilərindən də torpaqlar sonrakı dövrlərdə təəssüflər olsun ki, əldən gedibdir.
İndi bizi Naxçıvandan ayıran - dəmir yolu ilə 40-46 km məsafə, Ermənistanı İrana bağlayan məsafə - hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi. Biz xəritələrə baxdıq dünən, o məsafə təxminən 10 km olubdur! Amma sonra o tərəfdən – Naxçıvana daxil olan kəndlər alınıb, bu tərəfdən, yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu – torpaqlar, kəndlər alıb, Ermənistana qataraq 10 km-lik məsafəni indi 46 kim ediblər”, - Ümummilli lider bildirib.

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır