Qarabağ
"Əks təqdirdə antiterror əməliyyatını başlamaqdan savayı...” - Politoloq
“Azərbaycan 44 günlük müharibədən əvvəl Ermənistana bir neçə dəfə torpaqlarımızdan çıxmasını söyləmişdi. Ancaq onlar bizim çağırışlarımızı dinləmədi və sonda məğlub oldular. Ermənistan indi də 10 noyabr sazişinin müddəalarının yerinə yetirilməsini gecikdirir. Xüsusilə erməni birləşmələrinin hələ də bizim torpaqlarımızda qalması qəbuledilməzdir”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi antiterror əməliyyatının anonsunu verdi: “Ermənistan silahlı birləşmələrin hələ də Qarabağda olması birbaşa 10 noyabr sazişinin pozulmasıdır. Adıçəkilən ölkə keçmiş səhvlərindən dərs çıxarmaq niyyətində deyil. Əgər onlar bəyanatın şərtlərinə əməl etməməyə davam edərsə, Azərbaycan antiterror əməliyyatına başlaya bilər”.
İ.Vəlizadə vurğulayıb ki, erməni silahlı birləşmələri öz xoşları ilə torpaqlarımızdan çıxmasa, əməliyyatlar başlayacaq: “Antiterror əməliyyatının başlama vaxtını proqnozlaşdırmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanla müəyyən məsələlərdə hələ də danışıqlar gedir. Yəni ümidlərin tükəndiyini demək olmaz. Əgər danışıqlarda irəliləyiş olmasa, buradan biləcək ki, Ermənistan bölgədə sülhün olmasını istəmir. 44 günlük Vətən müharibəsində də qarşı tərəf qeyri-adekvat davrandı və sonda məğlub oldu. İndiki məqamda da belə olarsa, ordumuz Qarabağ daxilində əməliyyat keçirəcək. Azərbaycanlıların öz yurd-yuvalarına qayıtması olduqca vacib məsələdir. Artıq Ağalı kəndinə bu yaxınlarda qayıdış başlayacaq. Yalnız bu ərazilərə deyil, həmçinin Xankəndi, keçmiş Ağdərə ərazisi, Xocalı və digər yurdlarımıza da vətəndaşlarımız qayıtmalıdır. Üçtərəfli bəyanata əsasən öz torpaqlarından məcburi köçmüş, didərgin düşmüş bütün sakinlər geri qayıtmalıdır. Ermənilər bizim öz torpaqlarımıza qayıtmağımızı istəmir. Belə olduğu halda antiterror əməliyyatının başlamasından başqa yol qalmır”.
Rahib Ələsgərov
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)