Qarabağ
"Çağırılmamış qonaqlar" ya bizə veriləcək, ya da...: Politoloq
"Ermənilərin Laçında hər hansı təxribat törətməyə cürətlərinin çatacağına inanmıram. Elə evlərini yandırması onların necə qorxduğunu göstərir. Belə hərəkət mərd insanın işi deyil".
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar vəlizadə deyib.
Politoloq qeyd edib ki, ermənilər yenidən insident törədərlərsə, ordumuz onlara sərt cavab verəcək: "Belə insanlar hansı cürətlə Azərbaycan Ordusunun qarşısına çıxacaq?! Həmçinin, ermənilərə bu yaxınlarda Silahlı Qüvvələrimiz yaxşı dərs verib. Yəni onların Laçında bizə qarşı təxribat törədəcəyi real görünmür. Silahlı dəstələr müəyyən addımlar atmaq istəyəcək, ancaq yaxşı bilirlər ki, bu halda Azərbaycan antiterror əməliyyatlarına başlayacaq. Digər tərəfdən, evlərin yandırılması, təbiətə ziyan vurulması özü bir təxribatdır".
İ.Vəlizadə vurğulayıb ki, ölkəmiz evlərini yandıran ermənilərlə bağlı xüsusi tədbirlər görməlidir: "Bu insanlar o qədər həyasızlaşıblar ki, evlərini yandırarkən videoya çəkib paylaşırlar. Ancaq həmin şəxslər düşünmürlər ki, onların adı, soyadı və digər məlumatları qeydə alınır. Bu addımı atanlar hüquqi şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi artıq bu işi görənlərlə bağlı cinayət işi qaldırıb. Oradakı ermənilərin çoxu "çağırılmamış qonaqlar" kimi ya xarici ölkələrdən, ya da Ermənistandan gəlib. Ona görə də Ermənistan dövləti Laçında törədilən vandallıqla bağlı məsuliyyət daşıyır. Ölkəmiz vasitəçilər yolu ilə vəhşilik törədənlərin cəzalandırılması üçün işlər görəcək. Onlar ya bizə veriləcək, ya da öz ölkələrində cəzalandırılacaqlar. Hər halda bu cür cinayətlər cavabsız qalmamalıdır. Azərbaycan beynəlxalq qanunları əsas tutaraq həmin şəxslərin layiqli cəzalarını almasını təmin edəcək".
Rahib Ələsgərov
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)