Qarabağ
Laçındakı QANUNSUZ ERMƏNİ KİLSƏSİ ilə nə etməli? - Mütəxəssislər deyir ki...
Ermənilər öz zay ənənələrinə sadiq qalaraq, gethagetdə Laçında sırtıqcasına “mədəni irs” üzrə anma törəni keçiriblər. Söhbət şəhərdəki kilsədən, Qarabağ müharibəsi iştirakçılarının abidələrindən və digər “görməli yerlər”dən gedir.
Publika.az bildirir ki,"Yeni Müsavat" qəzeti mövzu ilə bağlı ilahiyyatçıların fikirlərini öyrənib.
Məlumatsız adam düşünə bilər ki, söhbət hansısa qədim və mübahisəli bir şeydən gedir. Halbuki ermənilərin taleyinə ağladıqları kilsə işğaldan cəmi 6 il sonra - 1998-ci ildə Laçında inşa edilib. Sonrakı illərdə Laçında ermənilər özlərinin heç vaxt yaşamadığı Azərbaycan torpaqlarında işğalçı əsgərlərə həsr olunmuş abidələr ucaldıblar. Bütün bunlar necə ermənilərin “mədəni irsi” sayıla bilər?
Əksinə, işğal illərində ermənilər digər ərazilərimizdəki kimi, Laçının da yerli əhalisinin mədəni irsi sayılan bir çox obyektləri məhv ediblər. Bunlar məscidlər, qəbiristanlıqlar, kitabxanalar, teatrlar, muzeylərdir. Bu əşyaların eksponatlarının mütləq əksəriyyəti oğurlanıb və ya məhv edilib. Əvəzində torpaqlarımızda kilsələr şəklində “ermənilərin mədəni irsi” peyda olub! Necə ki, Cəbrayıl rayonunda Azərbaycanın bu bölgəsini ələ keçirmiş erməni əsgərlərin şərəfinə “ibadət evi” tikilmişdi. Həmin kilsə artıq sökülüb.
Bəs Laçındakı heç kimdən halallığı alınmamış, qanunsuz kilsənin aqibəti necə olacaq? Belə məlumat var ki, onu məscidə çevirəcəklər. Mümkünmü? İslam dini buna necə baxır? Yoxsa ən yaxşısı onu da sökməkdir?
Rəsul Mirhəşimli: “Bu torpaqlardakı bütün mədəni və dini haqq Azərbaycan xalqına aiddir”
İlahiyyatçı Rəsul Mirşəhimli mövzu ilə bağlı “Yeni Müsavat”a məsələ ilə bağlı öncə bildirdi ki, ermənilərin xəstə düşüncəsi özlərinə aid olmayan ərazilərdə “qədim xalq” yalanlarını uydurmaqdır: “30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vandallıqların sayı-hesabı yoxdur. Azərbaycanın qədim tarixi abidləri dağıdılıb, İslam dininə aid məscidlər təhqir olunub, misli görünməmiş vəhşiliklərə məruz qalıb. Qarabağda insanların yaşadığı evlər, dövlət obyektlərini dağıtmaqla yanaşı, ermənilər məzarlıqlara da qarşı vandallıq aktı törədiblər. Qarabağda törədilən bu vəhşiliklər ermənilərin terrorçu xislətində olduğundan irəli gəlir. Heç bir mədəni xalq başqalarına məxsus olan torpaqları işğal etməz, tarixi yerləri dağıtmaz. Elə bu miqyasda vəhşiliklər törətdiklərinə görə ”erməni" və “xalq” ifadələrini eyni cümlə içərisində işlətmək mümkün deyil. İslam və türk tarixində fəth anlayışı var. Fəth zamanı düşməndən əldə edilən hər şey qənimətdir. Bu qənimətlərin necə istifadəsinə onu ələ keçirən müsəlman toplum qərar verib. Məkkənin fəthi zamanı Mədinədən dönən müsəlmanlar peyğəmbərimiz Hz.Məhəmmədin (s) başçılığı altında Kəbə evini bütlərdən təmizlədilər və ibadətlərini həyata keçirdilər. Başqa bir misal İstanbulun fəthi ilə bağlıdır. 1453-cü ildə Osmanlı sultanı Mehmet Fateh İstanbulu fəth etdikdən sonra Bizansın bu şəhərdəki ən böyük məbədi olan Ayasofyanı camiyə çevirdi. Fəthin müjdəsi olaraq, Ayasofyadan azan verildi. Azərbaycanın öz torpaqlarını azad etməsi fəth anlamına gəlməz. Azərbaycan özünə məxsus olan doğma torpaqları düşmən işğalından azad edib, bu torpaqlarda bütün mədəni və dini haqq Azərbaycan xalqına aiddir".
İlahiyyatçı əlavə edib ki, Azərbaycan Qarabağda İslama qədər mövcud olan başqa dini abidələri qoruyur: “Ermənilərin Qarabağla bağlı olan heç bir şeyə iddia etməyə mənəvi, siyasi və dini haqqı yoxdur. İşğal müddətində ermənilərin Qarabağda tikdiyi nə varsa, o torpağın əsl sahiblərinin haqqına girməkdir. Azad olunmuş ərazilərimizin bərpasında hansı işin necə görülməsinə Azərbaycan dövləti qərar verəcək”.
Ceyhun Məmmədov: “Təyinatı dəyişdirilə, muzeyə çevrilə bilər”
İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Ümumiyyətlə, bu ərazilərdə tarixən ermənilər yaşamayıblar. Buradakı mövcud kilsələrin əksəriyyəti alban kilsələridir. Onların böyük əksəriyyətini ermənilər saxtalaşdırıblar. Bir hissəsini isə təhrif ediblər, bir hissəsini isə dağıdıblar. Burada hansısa tarixi erməni kilsəsindən söhbət gedə bilməz. Ermənilər burada bizim 67 məscidimizi dağıdıblar. Hətta yeganə pravoslav kilsəsini də dağıdıblar. Burada sonradan məqsədli şəkildə kilsələri tikiblər və inşa ediblər. Bunu da erməniləşdirmək məqsədilə ediblər. Əslində biz prosesə baxanda bu kilsələr tarixən burada olmayıb. Qeyri-qanuni məskunlaşma nəticəsində bu kilsələri ermənilər inşa ediblər. Kilsəyə gəldikdə isə işğal dövründə tikilmiş dini abidədir.
Əlbəttə, İslam dini abidələrin, dini məbədlərin sökülməsinin əleyhinədir. Burada söhbət ondan gedir ki, peyğəmbərin müsəlmanlara tövsiyəsi var. O, tövsiyəsində bildirir ki, yaşlı insanlarla, uşaqlarla, ağaclarla, eləcə də dini ibadət yerləri ilə işiniz olmasın. O baxımdan İslam dini ibadət yerlərinin dağıdılmasının əleyhinədir. Amma burada fakt ondan ibarətdir ki, ermənilər bu əraziləri işğal edib bu tikintiləri aparıblar. Bunu da məqsədli şəkildə ediblər. Burada saxtalaşdırmadan söhbət gedir, gələcəkdə bu ərazilərin tarixi erməni ərazisi olması iddiasından söhbət gedir. Bu əlbəttə dövlətin qərarından asılıdır. Biz bu məsələdə tələsməməliyik. Nəzərə almalıyıq ki, qeyri-qanuni tikilsə də, dünya dövlətləri də bu məsələyə həssas yanaşır. Bunun təyinatı ilə bağlı məsələyə gələcəkdə baxıla bilər. İslamın yanaşması isə odur ki, bu, qeyri-qanuni tikilib. Məqsədli şəkildə tikilmiş bir ibadət yeridir, yerli əhali ilə razılaşdırılmamış tikilib. Fikrimcə, bu cür abidələrin sökülməsində biz tələsməməliyik, ciddi şəkildə düşünməliyik. Təyinatı dəyişdirilə bilər, muzeyə çevrilə bilər. Yaxud dövlət hansısa mühüm qərarları verə bilər. Reallıq odur ki, bu cür kilsələr işğal vaxtı tikilib".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO