Qarabağ
Şuşanın sosial-iqtisadi dirçəlişi ilə bağlı elmi müsabiqə keçiriləcək
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Şuşa İli”nə və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir.
Publika.az bildirir ki, bu barədə universitetdən məlumat verilib.
Məqalə müsabiqəsinin əsas istiqamətləri “Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar”, “Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri”, “Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi”, “Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları”, “Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti” mövzularını əhatə edir.
Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.
Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistrant və tələbələr üçün ayrıca nəzərdə tutulur. Professor-müəllim heyəti üçün I yerə 500 manat, II yerə 300 manat, III yerə 200 manat veriləcək. Doktorant, magistrant və tələbələr üçün isə I yerə 300 manat, II yerə 200 manat, III yerə 100 manat veriləcək. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikat veriləcək.
Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron kitab formatında hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilə bilər.
Məqalələr oktyabrın 10-dək qəbul olunacaq. Müsabiqənin nəticələri noyabrın 1-də elan ediləcək. Mükafatlandırma tədbiri noyabrın 7-də keçiriləcək.
(azərtac)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)


























