Qarabağ
Ordumuz sərhəd istiqamətdə nə qədər ƏRAZİYƏ NƏZARƏTİ əldə etdi? - Video
09:47
Ermənistanın təxribat hücumu ilə sərhəddə başlanan toqquşma bu ölkənin ağır məğlubiyyəti ilə nəticələndi.
Publika.az xəbər verir ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı zamanı erməni hərbi birləşmələrini geri qaçmağa məcbur edib.
Erməni ordusunun dayandığı 53 döyüş mövqeyi, 2 minaatan atəş nöqtəsi, xeyli sayda hakim yüksəklik ordumuz tərəfindən nəzarətə götürülüb.
Bu ərazilər işğal dövründə Ermənistanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkərək zəbt etdiyi torpaqlardır. O cümlədən, SSRİ dövründə müxtəlif adlar altında Ermənistana bağışlanan ərazilər hələ də təhvil verilməyib. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası zamanı bu məsələlərə aydınlıq gətiriləcək. Lakin Ermənistan məhz zəbt etdiyi dövlət sərhədindən çəkilməmək, əksinə, yeni həmlə yeni ərazilər əldə etmək məqsədilə təxribat hücumuna başladı. Ordumuzun cavab tədbirləri nəticəsində ciddi itkilər verdi.
Ermənistan mediası iddia edir ki, Azərbaycan ordusu Geqarnukin üç istiqamətində irəliləyib: bir istiqamətdə 4,5 kilometr, bir istiqamətdə 8 kilometr, digər istiqamətdə 7 kilometr
“Nəzarətə götürülən strateji yüksəkliklər onlarla yaşayış məntəqəsinə və əhəmiyyətli yollara nəzarət etmək imkanı verir. Ötən ildən indiyə qədər Azərbaycan 1,5 min hektar əraziyə nəzarət əldə edib”, - erməni mənbələr iddia edir.
Asif
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)





















.jpg)

.jpg)