Qırmızı.az
Orta məktəbdəki silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Qaradağ rayonu Lökbatan qəsəbəsində 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib:
“Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır. Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb. İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi, şagird xəsarət almayıb və hazırda şagird dərsdədir.
Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”.
Qeyd edək ki, məlumatda əmək təlimi dərsi zamanı müəllim, Bakı
sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə
istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə
zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan
atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən
güllələdiyi bildirilib.
Gülxar
-
Qoroskop00:15Bu da Mələkxanım Eyubovanın böyük qızı - FOTO
-
Qoroskop00:00Günün ulduz falı - Bu, sizin ruhunuzun qərarıdır
-
Nəqliyyat12 Fevral 23:36Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər
-
ABŞ12 Fevral 23:24Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
-
Magazin112 Fevral 22:48"Xəyanətə görə ailəm dağıldı"
-
İdman12 Fevral 20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 12 Fevral 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə12 Fevral 19:12Bu rayonda zəlzələ oldu


















.jpg)











.jpg)


