Qırmızı.az
23 İYUL
Publika.az bu gün dünyada və Azərbaycanda baş verən yaddaqalan hadisələri təqdim edir.

1993-cü il. Ermənistanın silahlı qüvvələri Ağdam rayonunu işğal edib. Hazırda rayon ərazisinin (1093 kv km) üçdə ikisi erməni işğalı altındadır. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-na Milli Qəhrəman adı verilib. Rayonun 160 min əhalisinin 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

1916-cı il. Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı, Xalq Rəssamı Maral Rəhmanzadənin doğum günü (1916 - 2008). Əsərləri bir çox ölkələrdə incəsənət sərgilərində nümayiş etdirilib, Moskvadakı Tretyakov qalereyasında və digər xarici muzeylərdə saxlanılır.

1903-cü il. “Ford” şirkəti istehsal etdiyi ilk maşını satışa çıxarıb.
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı
-
Dünya08:15Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var






















.webp)












