Qırmızı.az
Peşə məktəblərinin adları dəyişdiriləcək
Bakı və Gəncə şəhərlərində peşə təhsili müəssisələrinin nömrələrlə adlanması sistemi ləğv olunacaq.
Bunu Trend-ə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda Bakı və digər şəhərlərdə olan peşə məktəbləri nömrələrlə, məsələn, "1 nömrəli", "2 nömrəli" peşə liseyi və ya peşə məktəbi adlanır: "Bakıda 26 peşə məktəbi və lisey mövcuddur. Biz bu məsələni araşdıranda belə qərara gəldik ki, peşə təhsil müəssisələrinin yeni imicini formalaşdırmaq üçün ilk növbədə ixtisasları önə çıxaraq. Yəni məktəbləri nömrə ilə deyil, ixtisasla adlandıraq. Məktəblərimizin adları emal sənayesi, texnika və texnologiya, mədəniyyət və sənətkarlıq, turizm və sosial xidmətlər, aviasiya və avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, gəmiqayırma və liman işi, tikinti və quraşdırma, rabitə və informasiya texnologiyaları üzrə dövlət peşə təhsil mərkəzləri olsun. Başqa sözlə, ixtisaslaşma burada prioritet olacaq".
F.Mustafayev qeyd edib ki, artıq bununla bağlı müvafiq təklifləri Nazirlər Kabinetinə təqdim ediblər. Təkliflər artıq razılaşma mərhələsini keçib.
Yaxın vaxtlarda məsələ ilə əlaqədar qərarın qəbulu gözlənilir.
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO






























.jpg)



