Qırmızı.az
Azərbaycanda çox sayda şəxsin valideynlik hüququ əlindən alındı - MÜSAHİBƏ
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Son zamanlar artan məişət zorakılığı, uşaq istismarı, yaşanan ailədaxili problemlər həm sosial medianın, həm xəbər saytlarının gündəmini zəbt edib. Demək olar ki, hər gün zorakılığa məruz qalmış qadın, baxımsız qalmış körpələr və ya istismara məruz qalmış uşaq xəbərləri oxuyuruq. Yaşanan hadisələrin səbəbləri nədir? Bəs, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən problemlərlə bağlı hansı işləri görür?
Məsələ ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın Publika.az">Publika.az-a müsahibəsini təqdim edirik:
- Məişət zorakılığının qarşısının alınması üçün hansı tədbirlər görülür?
- Ölkədə məşğulluğun və xüsusilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, habelə gender bərabərliyinin təşviqi üzrə xüsusi layihələr qadınların iqtisadi cəhətdən gücləndirilməsi prosesinin sürətlənməsinə imkan yaradıb. Əsasən qadınların liderlik qabiliyyətlərinin inkişafı, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, müasir və yüksək maaşlı peşə sahələrində kişilərlə bərabər qadınların sayının artırılması və bu sahələrdə təhsilin təşviqi, qız uşaqlarının dəstəklənməsi kimi məsələlər önə çəkilib. Qadınların səlahiyyətləndirilməsi və iqtisadi fəallığının artırılması ölkədə ailədaxili zorakılıq hallarının azaldılmasına təsir edir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Bu hallar yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir və hər bir insanı narahat etməlidir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquqi müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılıb, çoxsaylı maarifləndirici layihələr həyata keçirilib, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilib. Dövlət Komitəsinin sifarişi ilə “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında aparılmış araşdırmaya dair hesabat hazırlanıb. Araşdırmanın məqsədi məişət zorakılığının müxtəlif formalarının baş verməsinin səbəblərinin öyrənilməsi, məişət zorakılığının əsas fəsadlarının müəyyən edilməsi, məişət zorakılığı ilə mübarizədə mövcud hüquqi və institusional mexanizmlərin qiymətləndirilməsidir.
Araşdırma məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin BMT-nin Əhali Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Qaynar Xətt pilot layihəs icra edilir.
Təcrübə göstərir ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki, barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir. 2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilib.
- Uşaq istismarı hallarının qarşısının alınması üçün hansı işlər görülür?
Azərbaycan Respublikasında uşaqlara qarşı zorakılığın və hər hansı qanun pozuntularının aradan qaldırılması məqsədilə beynəlxalq müqavilələr və milli qanunvericilik normaları tətbiq edilir. Milli qanunvericilik aktlarından AR Cinayət və İnzibati Xətalar Məcəllələri uşaqlara qarşı zorakılğın və istismarın qarşısının alınmasına preventiv mexanizm kimi yönəlib. Həmçininin Azərbaycan Respublikası qoşulduğu BMT-nin Uşaq Hüquqları və Avropa Şurasının Lanzarote Konvensiyaları uşaq hüquqlarının qorunması sahəsində mühüm sənədlərdəndir. Azərbaycan Respublikası Uşaq Hüquqları Konvensiyasını 1992-ci ildə, "Uşaqların Cinsi Istismardan və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında Avropa Şurası Lanzarote Konvensiyası"nı isə 2019-cu ildə ratifikasiya edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi, onların sosial-psixoloji dəstək xidmətlərinə çıxışının təmin edilməsi, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, bu istiqamətdə valideyn məsuliyyətinin gücləndirilməsi, uşaqlara diqqətin, eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin daha da artırılması ilə bağlı müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Uşaqların erkən yaşda zorakılığa məruz qalmasının aşkar olunması və bu zorakılığın qarşısının alınması istiqamətində təbliğatın aparılması mühüm məsələlərdəndir. 2021-ci ildə məhz bu sahədə Komitə tərəfindən mühüm tədbirlər həyata keçirilib. Belə ki, erkən nikahların qarşısının alınması istiqamətində “Erkən nikah – uşaqlığımızı əlimizdən almayın”, “Erkən nikah-uşaq evliliyi” adlı sosial çarx, erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə aidiyyəti qurumlarla birgə videoçarx və bir sıra maarifləndirmə vəsaitləri hazırlanıb. Həmçinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq tədbirlər həyata keçirilir. Tədbirlərdən 300-ə yaxın iştirakçı faydalanıb.
- Keçən il neçə nəfər valideynlik hüququndan məhrum edilib? Səbəbləri nədir?
- 2021-ci ilin 6 ayı üzrə 30 nəfər valideynlik hüququndan məhrum edilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
- Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- Alimenti qəsdən ödəmədikdə;
- Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
- Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
- Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
- Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
- Şamaxıda baxımsız azyaşlılarla bağlı vəziyyət nə yerdədir? Komitə bu cür məsələlərin həllində hansı səlahiyyətlərə sahibdir?
- Komitə tərəfindən məsələnin daxili araşdırılması zamanı, narkotik maddə alüdəçisi olması ehtimal edilən uşaqların anası Gülnarə Cavadovanın tüfehli həyat tərzi sürdüyü, həmçinin azyaşlıları antisanitar vəziyyətdə olan evdə mütəmadi olaraq nəzarətsiz şəkildə saxlaması müəyyən olunub. İşin icrası məqsədilə aidiyyəti qurumların birgə əməkdaşlığı çərçivəsində uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib. Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. Uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək. Mərkəzdə görülən reabilitasiya tədbirlərindən sonra uşaqların sağlamlığı, təhlükəsizliyi, tərbiyəsi və təhsili baxımından G.Cavadovanın valideynlik hüququnun məhdudlaşdırılmasına dair müvafiq tədbirlərin görülməsi üçün Komitə tərəfindən məktubla Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət olunub. Onu da qeyd edək ki, dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib. Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar.Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq ailə fərdi yaşayış evi və işlə təmin olunub. Lakin, göstərilən dəstəyə baxmayaraq valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Uşaqlara qarşı cinayət halları baş verdikdə hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri və digər səlahiyyətli qurumlarla birgə təcili təxirəsalınmaz tədbirlər həyata keçirilir, hadisə araşdırılaraq, onlara lazımi hüquqi qiymət verilir və təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunur.
Komitə öz növbəsində aidiyyəti qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının müdafiəsi istiqamətində malik olduğu səlahiyyətlər daxilində hüquqi və sosial-psixoloji dəstəyin göstərilməsini təmin edir.
Qanunvericiliyə əsasən Dövlət Komitəsi uşaq hüquqlarını müdafiə edən dövlət orqanlarından biridir. Dövlət Komitəsinin yerlərdə 11 Uşaq və Ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Sosial təhlükəli vəziyyətdə olan uşaqlar aşkar edildikdə həmin mərkəzlər oz imkanları çərçivəsində dərhal lazımi müdafiə tədbirlərinin görülməsini təmin edir, yerli uşaq müdafiə orqanları ilə əlaqəli şəkildə addımlar atır.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət tədbirləri çərçivəsində ölkə üzrə illik hesabatın hazırlanması məqsədi ilə uşaq hüquqlarını müdafiə edən qurumlar öz fəaliyyətləri barədə illik məlumatları Dövlət Komitəsinə təqdim edirlər. Ölkə hesabatına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyada baxılır və yekun rəy qəbul edilir. Yekun rəy illik hesabatla birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
src="/storage/files/upload/4TxQsRdsk42ePXlG1O4x.jpg" alt="Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!" class="fr-fic fr-dii" style="width: 701px; height: 444.843px;">
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO