Qırmızı.az
Nağısoyludan "spayder"i tənqid edənlərə SƏRT CAVAB: “Soyadımdan bilinir ki…”
Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanlar lüğətdən “hörümçək” sözünün çıxarılaraq “spayder” ilə əvəz olunmasını tənqid ediblər. Tanınmış jurnalist Qulu Məhərrəmli məsələyə “iki akademikin (Möhsün Nağısoylu və İsa Həbibbəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…” - deyərək reaksiya verib.
Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu Publika.az -a bildirib ki, “spayder” sözü lüğətdə hörümçək mənasında verilməyib: “Orfoqrafiya lüğəti 2016-cı ildə yeni sözlər və yeni mənalarla nəşr olunub. Spayder sözü orfoqrafiya lüğətində açılan, qatlanan kuzor mənasında işlənib, hörümçək mənasında yox. Lüğəti də tərtib edən xanım o mənada verib, hörümçək mənasında verməyib. Bu söz maşınqayırmaya aiddir. Spayderin təkcə hörümçək mənası yoxdur. Hörümçək sözünün də lüğətdən çıxarılmsı yanlış fikirdir. Orada hörümçəkkimilər sözü var, o sözün özü verilmir, hörümçək də, hörümçəkkimilər də var. Ola bilsin ki, təsadüfən texniki cəhətdən hörümçək sözü düşməyib. Ancaq biz əksinə, milli sözlərə üstünlük vermişik. Bir çox söz əlavə etmişik. Məsələn, “yubka” sözünü “ətək”lə əvəzləmişik. Bunu xüsusi olaraq qeyd etmişik. Əvvəllər mövcud olan “sfetafor” sözünü çıxarıb “işıqfor” vermişik. Hamısı yadımda deyil, belə sözlər çoxdur”.
Akademik haqqında səsləndirilən tənqidləri qərəzli adlandırıb: “Burada açıq-aşkar qərəz var. Əvvəla, 90 minlik lüğətdir. 1970-ci ilin lüğətində 58 min söz var. Orada sonradan məlum olub ki, 23 söz unudulub. Onu daha sonra ayrıca kiçik vərəqə əlavə edib kitabın sonuna yapışdırıblar. İnsandır da, lüğətdə bir söz yaddan çıxa bilər. Amma burada hansısa qərəz yoxdur. Mənim soyadımdan bilinir necə adamam. Milliyəm, yoxsa necə. Lüğəti 12 nəfər tərtib edib. Mən lüğətin elmi redaktoruyam, 2 nəfər məsul redaktorları var. Onu məşhur lüğətçilər tərtib edib. Lüğət şöbəsinin müdiri professor İsmayıl Məmmədli və bu şöbənin baş elmi işçisi Nəriman Seyidəliyev. İkisi də elmlər doktorudur. Onlardan soruşsunlar”
Qeyd edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



































