Qırmızı.az
“Organic Green Line”da nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A. Hacıyev küç., ev 4 ünvanında fəaliyyət göstərən “Organic Green Line” QSC-yə məxsus spirtli içkilərin istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub.
AQTA-dan Publika.az-a verilən məlumata görə, həmçinin “Organic Green Line” əmtəə nişanlı spirtli içkinin etiket məlumatlarının reseptura ilə uyğunluq təşkil etmədiyi müəyyən edilib. Belə ki, resepturaya əsasən, istehsal prosesində sirop istifadə olunmadığı halda, etiket məlumatlarında məhsulun tərkibində təbii baldan hazırlanmış sirop olduğu göstərilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































