Qırmızı.az
Qarabağdakı separatçılara bu halda Azərbaycan pasportu veriləcək
Son günlər Qarabağın dağlıq hissəsində erməni separatçı və terrorçu dəstələrinin təxribatlarının ardı-arası kəsilmir. Üstəlik, Azərbaycan Ordusunun üzbəüz mövqeləri atəşə tutulur.
Bununla paralel olaraq, Qarabağdakı separatçıların ailə üzvləri, özlərini “mülki şəxs” adlandıranlar isə Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə öz suverenliyini bərpa edəcəyi halda yerli Azərbaycan əhalisi ilə birgə yaşamayacaqlarını deyirlər.
Üstəlik, Azərbaycan qanunlarına tabe olmayacaqlarını, buradan getməyəcəklərini də söyləyirlər.
src="/storage/files/upload/26a8f19ac2b79ecc726814eb59fbab59dc30254a.jpg" style="width: 474px; height: 267.02px;" class="fr-fic fr-dib">
Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə öz suverenliyini tam şəkildə bərpa etdikdən sonra oradakı erməni kökənli əhalinin qalacağı və ya Qarabağı tərk edəcəyi indiki şəraitdə ikinci dərəcəli məsələdir:
“Əslində, oradakı ermənilərlə bağlı bizim mövqeyimiz aydındır. Onlar bizim qanunlarımıza tabe olaraq burada yaşaya bilərlər. Biz buna heç vaxt etiraz etməmişik. Amma bizim şərtlərimiz var. Həmin şəxslər Azərbaycan vətəndaşlığını qəbul edirlər, bütün qayda-qanunlarımıza əməl edəcəkləri ilə bağlı öhdəlik götürürlər, vəssalam. Onlar burada başqa cür yaşaya bilməzlər. Burada – Qarabağda yaşamaq istəyən ermənilər müraciət edib Azərbaycan pasportlarını alsınlar və Azərbaycan vətəndaşı kimi ölkəmizin suveren ərazilərində yaşasınlar. Azərbaycan tərəfi həmin erməni kökənli vətəndaşlara təhlükəsizliklə bağlı bütün zəmanətləri verir. Yox, əgər ermənilər bunu istəmirlərsə və Ermənistan pasportunun daşıyıcıları olurlarsa, o zaman Ermənistana köçsünlər və orada yaşasınlar. Artıq oyun oynamaq zamanı bitib. Bu məsələdə heç kim onlara oynamaq imkanı verməyəcək. Biz də bunu öz əməlimizlə göstəririk. Yəni, sizin bu məsələdə oynamağa şansınız və vaxtınız yoxdur. Zəmanə indi onların istədiyi zəmanə deyil”.
Bundan başqa, separatçı ermənilər özlərinə hami kimi rusiyalı sülhməramlıları gördüklərini vurğulayırlar.
Bəs, ermənilərin başlarını çiyinlərinə qoyduqları rusiyalı sülhməramlılar növbəti dönəmdə Azərbaycan ərazilərində fəaliyyətini davam etdirəcəkmi?
Politoloq İlqar Vəlizadənin bu məsələyə münasibəti də birmənalı olub:
“Növbəti 5 il ərzində rusiyalı sülhməramlıların da burada qalıb-qalmayacağı bəlli deyil. Hər şey sülhməramlıların özlərindən asılıdır. Onların müəyyən şansları var ki, öz fəaliyyətlərində dəyişiklik etsinlər. Sülhməramlılar real vəziyyəti nəzərə alaraq bunu etməlidirlər. Onların fəaliyyəti müəyyən dərəcədə burada sülhün təmin olunmasına imkanlar yaradır. Ermənilər tərəfindən müəyyən insidentlər hazırlandıqda onun qarşısını ala bilərlər. Özü də bunu effektiv şəkildə etməyə sülhməramlıların gücləri çatır. Beləliklə, insidentlər baş verməyə bilər. Sadəcə olaraq həmin potensialı işlətmək lazımdır. Əgər həmin potensialı işlətmirlərsə, o zaman rusiyalı sülhməramlıların fəaliyyəti heç kəsə lazım deyil. Əsas məsələ də budur”.
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır


































