Qırmızı.az
“Azəriqaz” İB-dən əhaliyə müraciət
“Azəriqaz” İB yanında İctimai Şura qaz təchizatı ilə bağlı daxil olan hər bir müraciətə həssaslıqla yanaşırıq. Müraciətləri təsnifatlandırsaq, sertifikatlaşdırılmış sonradan ödənişli (mexaniki) qaz sayğaclarının sərfiyyatı düzgün qeydə almaması ilə bağlı iddialar üstünlük təşkil edir. Bu iradlar sosial şəbəkələrdə də müzakirə predmeti olur".
Bu barədə Publika.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
“Azəriqaz” İB yanında İctimai Şura bütün bunları nəzərə alaraq, ilkin olaraq Bakı şəhərini əhatə edəcək “Elin gözü tərəzidir” başlıqlı aksiya ilə şikayətlərin əyani araşdırılmasını təklif edir. Məqsəd istehlakçının hüquqlarının müdafiəsi, qaz paylayıcının fəaliyyətində şəffaflığın təmin olunmasıdır. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Lakin istehlakçının arzusu ilə qaz sayğacının növbədənkənar yoxlanılması ödənişlidir.
“Azəriqaz” İB İctimai Şuranın müraciətini nəzərə alaraq “Elin gözü tərəzidir” aksiyası çərçivəsində qeydə alınan 30 istehlakçını bu xidmətlə ödənişsiz təmin edəcək. Aksiya 1 həftə ərzində 3 mərhələdə həyata keçiriləcək: - İstehlakçıların müraciətlərinin cəlb edilməsi; - Daxil olmuş müraciətlər əsasında sayğacların müayinəyə gətirilməsinin təmin olunması; - Sayğacların müayinə olunması prosesində ictimai nəzarətin təmin edilməsi. (Bu prosesdə şikayətçi abonentlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin, eyni zamanda Şura tərəfindən cəlb edilmiş müstəqil ekspertlərin iştirakı nəzərdə tutulur). Martın 10-u saat 10:00-dan etibarən aksiyamıza start veriləcək.
Əgər sərfiyatınızla bağlı şübhələriniz varsa, 104 Çağrı Mərkəzinə zəng edərək qeydiyyata düşün ki, laborator yoxlamalarda iştirakınız təmin olunsun.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































