Qırmızı.az
Azərbaycana turist axını iki dəfədən çox artdı
Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Publika.az">Publika.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 33,1%-i Rusiya Federasiyası, 24,3%-i Türkiyə, 13,1%-i İran, 5,8%-i Gürcüstan, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, 1,9%-i Küveyt, 1,2%-i Böyük Britaniya, 1,1%-i Qazaxıstan, hər birindən 0,9% olmaqla Hindistan və Oman, hər birindən 0,7% olmaqla Almaniya və Pakistan, 0,6%-i ABŞ, hər birindən 0,5% olmaqla Belarus və İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 81%-ni kişilər, 19%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 658 dəfə, Səudiyyə Ərəbistanından - 460,7 dəfə, Küveytdən - 200,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 54,2 dəfə, Bəhreyndən - 36,3 dəfə, İsraildən - 11,0 dəfə, Pakistandan - 9,7 dəfə, Hindistandan - 9,2 dəfə, ABŞ-dan - 4,3 dəfə, Fransadan - 3,5 dəfə, Qazaxıstandan - 3,1 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Böyük Britaniyadan - 2 dəfə, Ukraynadan - 1,8 dəfə, İrandan -1,8 dəfə, Türkiyədən - 1,8 dəfə, Gürcüstandan - 1,2 dəfə artıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)






