Qırmızı.az
Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçirildi
Aprelin 6-da Bakıda Gənc Qan Donorlarının III Ümumrespublika Forumunun açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbir "Qırmızı Ürəklər" (Red Hearts) Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont" hotelinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Tədbirdə qeyd olunub ki, Forumun məqsədi ölkədə qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.
Forumda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, "Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Valeh Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıblar. Çıxışçılar ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Forum çərçivəsində paytaxt Bakıdan və regionlardan seçilmiş 30 nəfər gənc "könüllü donor şəbəkəsinin" qurulması mövzusunda təşkil olunan 3 günlük təlimdə iştirak ediblər. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)