Qırmızı.az
Bina evində yaşayanlara VACİB XƏBƏR - Qadağan olunacaq - VİDEO
Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə, ətraf mühitin çirklənməsinə səbəb olur.
Publika.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirliyinin dövlət ekoloji ekspertiza agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O qeyd edib ki, artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.
Mənzillərin istilik və isti su ehtiyacını təmin etmək üçün adətən kombidən istifadə olunur. Kombilərə tələbat daha çox payız və qış aylarında artır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, yaşayış binalarında fərdi istilik sistemlərindən istfadənin ətraf mühitin çirklənməsinə səbəb olduğunu bildirib.
Agentliyin sədri Mirsalam Qənbərov xüsusən də yeni binalarda kombilərdən istifadənin problemə səbəb olduğunu vurğalıyıb.
Mirsalam Qənbərov onu da qeyd edib ki, yaşayış binalarında mərkəzi istixana sistemlərinin yaradılması ilə bağlı bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.
Qeyd edək ki, binaların bir qismində mərkəzləşdirilmiş istilik sistemi olsa da, bir qismi hələ də fərdi istilik sistemlərindən istifadə edir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)