Qırmızı.az
Azərbaycanda bu şəxslərin işdən çıxarılması QADAĞANDIR - RƏSMİ
Azərbaycanda hamilə və ya 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsi qadağandır.
Publika.az xəbər verir ki, mövcud qadağa ölkə qanunvericiliyi ilə tənzimlənir.
Belə ki, hamilə və ya 3 yaşınadək uşağı olan analardan əlavə bu şəxslərin də Əmək müqaviləsinin ləğvi qadağan olunur:
Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;
Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən baku.vs-ə bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi (70-ci maddənin «a» bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddə ilə xitam verilən hallar istisna olunmaqa) qadağandır.
"Qanunverciliyə uyğun olmadan xitam verildiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürən inzibati məsuliyyətə cəlb olunur və qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq tədbir görülür, pozulmuş hüquqlarının bərpası təmin edilir", - deyə məlumatda qeyd olunur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)