Qırmızı.az
FHN yoxlama tədbirləri həyata keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı yoxlama tədbirləri keçirib.
Bu barədə Publika.az-a nazirlikdən bildirilib.
Xəbərə görə, yanğın təhlükəsizliyi və insanların təhlükəsizliyinin təmin olunması sahəsində, yoxlama nazirliyin bir sıra qurum və regional mərkəzlərinin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, xidmətin təşkili, şəxsi heyətin nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, keçirilən dərslərin keyfiyyətlə aparılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji sahədə görülmüş işlər, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələri əhatə edib.
Sözügedən yoxlama tədbirləri Nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən qurumlarında aparılıb.
Yoxlamalar zamanı əməli köməklik göstərilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılımasına dair müvafiq tapşırıqlar verilib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır


































