Qırmızı.az
Bu toyuq əti əhali üçün böyük təhlükə mənbəyidir - RƏSMİ
"Ötən ilin noyabr ayından indiyə qədər quşçuluq müəssisələrində tələfat hallarının xeyli azalması müşahidə edilir".
Publika.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri ilə görüşdə deyib.
"Quşçuluq xəstəliklərin yayılması baxımından çox həssas bir sahədir. Son 2 ildə yüksək patogen quş qripi üzrə dünyada stabillik hələ də bərpa olunmayıb. Hazırda Amerika qitəsində quş qripinin daha çox yayılması müşahidə olunur. Buna görə də oradan quş əti məhsullarının idxalı dayandırılıb. Son 2 ildə zəif patogen quş qripina qarşı vaksinasiya sistemi işlənərək tətbiq olunur. Nəticədə noyabr ayından indiyədək quşçuluq müəssisələrində tələfat hallarının xeyli dərəcədə azalması müşahidə edilir. Eyni zamanda fevral ayından etibarən xəstəlik daşıyıcılığı baxımından yüksək risk qrupuna daxil olan məhsulların, xüsusilə də 1 günlük cücələr istisna olmaqla, yaşlı quşların idxalına məhdudiyyət tətbiq olunub. Hazırda ölkədə quş qripi üzrə növbəti monitorinq davam edir. Bizim Assosiasiya və ora daxil olan quşçuluq müəssisələri ilə sıx əməkdaşlığımız var”, - deyə o, qeyd edib.
Görüşdə iştirak edən broyler müəssisələrindən birinin rəhbəri - Cavid Abbasov isə deyib ki, ölkəyə bir günlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır: "Çünki hər bir ölkənin özünəməxsus epizootik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən bir günlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var. Bizi narahat edən digər məsələ əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz satışıdır. Belə ki, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar. Biz həmin toyuqların qidə təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla. Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”.
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika20 Mart 16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat20 Mart 16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?


















.jpg)














.jpg)

