Qırmızı.az
Biz Azərbaycan xalqının nümayəndələriyik - Danakari
“Udin icması dünəndən Qəbələnin Nic qəsəbəsindəki kilsəmizdə müqəddəs Pasxa bayramını qeyd edir. Həmçinin biz mütəmadi olaraq işğaldan azad edilmiş torpaqlardakı kilsələrə gedərək dualar edirik. Biz 4 dekabr 2020-ci ildən azad olunmuş torpaqlara səfərlərə başlamışıq. İlk əvvəl Kəlbəcərdə Xudavəng monastırında, daha sonra Laçın rayonunda, Suqovuşanda, Talış kəndində və Tuğ kəndindəki monastırlarda şəhidlərimizin ruhuna dualar oxuyub, şamlar yandırmışıq. Eyni zamanda Prezidentimiz və dövlətimiz üçün dualar etmişik”.
Bunu Publika.az-a açıqlamasında Alban-udi xristian icmasının sədr müavini Rafik Danakari deyib.
O söyləyib ki, öz dinləri, ibadətləri ilə bağlı indiyədək maneəyə rast gəlməyiblər: “Sovet dövründən müstəqilliyimizi əldə edənə qədər və həmçinin müstəqilliyimizi əldə etdiyimiz gündən bu günə qədər Azərbaycanda dini etiqadımıza, dini iradəmizə hər hansı fərqli yanaşma hiss etməmişik. Müstəqilliyimiz əldə edildikdən sonra bizim üçün ən xoşagələn hadisələrdən biri də o oldu ki, məktəblərimizdə 4-cü sinfə qədər udi dili tədris edilməyə başlandı. Həmçinin 2006-cı ildə kilsələrimiz əsaslı şəkildə bərpa edildikdən sonra burada öz ana dilimizdə ibadətlərə də başladıq. Bu da bizim üçün çox mühüm bir hadisədir.
İcmamız 180 ildən çox müddət ərzində ermənilərin təzyiqləri altında ibadətlərini erməni dilində keçirirdi. Amma biz artıq ibadətlərimizi öz ana dilimizdə edirik. Bu da təbii ki, Azərbaycanda olan qədim multikulturalizm ənənələri sayəsindədir. Biz özümüzü Azərbaycanda azsaylı xalqlardan hesab etmirik, biz Azərbaycan xalqının nümayəndələriyik. Qəbələnin Nic qəsəbəsi tolerantlığın bir nümunəsidir. Azərbaycanda fərqli dinə, fərqli millətlərə qarşı ayrıseçkilikdən söhbət gedə bilməz. Bizim qəsəbəyə xaricdən gələn qonaqlara Azərbaycandakı tolerantlıq haqqında danışırıq və onlara bildiririk ki, siz gəlin, bizdən tolerantlıq öyrənin”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































