Qırmızı.az
İctimai Şura monitorinq keçirdi - FOTO
“Azəriqaz” İB yanında İctimai Şuranın növbəti monitorinqi Ağsu Regional qaz istismarı İdarəsində keçirilib.
Bu barədə Publika.az">Publika.az-a SOCAR "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Monitorinqdə İctimai Şura sədri Elçin Salmanov, Şura üzvləri Qorxmaz İbrahimli, Eyyub Hüseynov, Zaur Quliyev, Zülfüqar Hüseynzadə iştirak ediblər. Səfər çərçivəsində Şuraya müraciət edən vətəndaşlarla, həmçinin Ağsu RQİİ-nin tabeliyində olan Kürdəmir, Ucar, Şamaxı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu rayonları üzrə xidmət sahələrinin rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə Şuraya edilən vətəndaş müraciətləri, regionda istehlakçı hüquqlarının təminatı vəziyyəti, regionda qazlaşdırma səviyyəsi və ehtiyaclar müzakirə edilib. Şura üzvləri monitorinq zamanı Ağsu RQİİ-nin fəaliyyəti - icraatda olan ərizə və şikayətlərin baxılması, texniki şərtlərin verilməsi, qaz xətlərinin yerdəyişmə işlərinin sənədləşdirilməsi və icrası, əməkdaşların məzuniyyət, istirahət hüquqlarının təminatı vəziyyəti ilə də tanış olublar.
Səfərin nəticəsi olaraq monitorinq zamanı qeydə alınan, eləcə də vətəndaş müraciətlərində yer alan bir sıra vacib məsələlərin “Azəriqaz” İB rəhbərliyi qarşısında qaldırılacağı barədə qərar qəbul edilib. Eyni zamanda Şuranın cari ilin mart ayında Bakı şəhərində baş tutan “Elin gözü tərəzidir” aksiyasının regionlarda da keçirilməsinin zəruriliyi qənaətinə gəlinib.
Qeyd edək ki, “Azəriqaz” İB yanında İctimai Şura bundan əvvəl Xaçmaz və Lənkəran Regional qaz istismarı İdarələrində də monitorinqlər aparıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































