Qırmızı.az
Saatlıda "Səyyar qəbul otağı" quruldu - FOTO
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sayca 68-ci "Açıq mikrofon" aksiyası Saatlı rayonunda baş tutub.
Bu barədə Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.
Aksiyaya Saatlı rayonunun Kamallı, Hacıqasımlı, Naharlı, Soltanabad, Dəlilər, Nəsimikənd kəndlərindən üz tutan sakinlər bu kəndlərin qazlaşdırılmasını xahiş ediblər.
"Səyyar qəbul otağı"nın imkanlarından Novruzlu, Mollavazlı kəndlərinin sakinləri də yararlanıblar. Onlar sözügedən bu kəndlərin qazlaşdırıldığını, lakin yeni yaşayış massivlərində yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiklərini bildirərək bu ünvanlara da küçə qaz xəttinin çəkilməsini xahiş ediblər.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev, Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev vətəndaşların qaz təchizatına dair ünvanladıqları sualları yerindəcə cavablandırıblar. Vətəndaşlara qazlaşma prosesi, cari ildə qazlaşdırılması nəzərdə tutulan kənd və qəsəbələr, həmçinin yeni yaşayış massivləri barədə geniş izahatlar verilib.
Məlumat üçün bildirək ki, "Açıq mikrofon" aksiyasında Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul şəxsləri də iştirak ediblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)