Qırmızı.az
Şagirdlərə qarşı sürgün siyasəti həyata keçirilir - EKSPERTDƏN SƏRT REAKSİYA
“Hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır ki, onların IX sinifdən məzun olanlarının sayı 130 minə qədərdir. Azərbaycan Respublikasının Konstitusiyasında Təhsil Haqqında qanuna görə Azərbaycanda təhsil icbaridir. İcbari təhsil isə o deməkdir ki, bizim şagirdlərimiz ümumi orta təhsildə, yəni I sinifdən IX sinifə qədər məcburi qaydada tədris prosesinə qoşulmalı, iştirak etməlidirlər. Buna heç kim heç bir halda mane ola, məhdudlaşdıra bilməz”.
Bunu Publika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Təhsil ekspertinin sözlərinə görə, çox təəssüf ki, IX sinif şagirdləri buraxılış imtahanları verdikdən sonra məktəblərdə müəllimlər, eyni zamanda direktor və direktor müavinləri imtahan nəticəsi zəif olan, tədris prosesində aktiv iştirak etməyən şagirdləri təhsildən uzaqlaşdırırlar:
“I sinifdən IX sinifə qədər şagirdlərin sayının çox olması məktəbdə müəllimlərin dərs saatına ciddi şəkildə müsbət təsir göstərir. Lakin bu proses X və XI siniflərdə o qədər də əhəmiyyət daşımır. Təcrübə göstərir ki, məktəb direktorları, eyni zamanda müəllimlər X və XI siniflərdə şagirdlərin təhsilalma hüququnu kobud şəkildə pozur, eyni zamanda məhdudlaşdırırlar. Şagirdlərin təhsilalma hüququ hətta, məhkəmə qərarı ilə belə məhdudlaşdırıla bilməz. Xüsusən aprel ayında buraxılış imtahanında nəticəsi zəif olan uşaqlara qarşı məktəblərdə sürgün siyasəti həyata keçirilir və bəzi müəllimlər buna haqq qazandırırlar. Onlar deyirlər ki, zəif nəticəsi olan şagirdlər niyə X və XI siniflərdə oxumalıdırlar?! Yəni bu müəllimlər üçün əməkhaqqı daha vacibdir, nəinki şagirdlərin təhsilalma hüququ. Bu dəhşətli bir yanaşmadır. Təsəvvür edin ki, sosial şəbəkələrdə bu tipli informasiyaları yayanda müəllimlərin şagirdlərimiz, gələcəyimiz haqqında olan fikirləri insanı heyrətə gətirir. Bəli, bu ancaq onların öz maraqlarına xidmət edir ki, uşaqlar getsinlər, bunların başları sakit olsun. Onsuz da bu gün orta ümumtəhsil məktəblərində şagirdlər bilik əldə etmirlər, onlar orta məktəb proqramlarını hazırlıq kurslarında, repetitor yanında əldə edirlər. Bugünkü nəticələrə görə biz hazırlıq kursları və repetitorlara minnətdarlıq etməliyik. Müəllimlər üçün isə sadəcə əməkhaqqı maraqlıdır”.
K.Əsədov vurğulayıb ki, X və XI sinif şagirdləri ümumiyyətlə dərslərdə iştirak etmir: “Onlar direktor və direktor müavinlərinə pul verərək məktəbə getmirlər. Bu, çox ciddi bir məsələdir. Prosesin ən dəhşətli hissəsi isə şagirdlərin təhsilalma hüququnun kobud şəkildə pozulmasıdır. Bu məsələ ilə əlaqədar bir çox müraciətlər daxil olub və həmin müraciətlərdə bildirilir ki, direktor, direktor müavinləri və müəllimlər əsassız olaraq şagirdlərə təhsili yarımçıq qoymalarını deyirlər. Bu uşaqlar gedib narkotikə, cinayətə qurşanacaqlar, çünki onlar bütün günü boş qalacaqlar. Hamı deyir ki, peşə məktəbini göstərir. Lakin bu halda peşə təhsili də effektiv deyil. Zəif nəticəsi olan bir şagirddən biz peşədə də uğur gözləyə bilmərik. Həmin şagirdlər məktəbi bitirib ən azından attestatla xarici ölkəyə gedə, eyni zamanda daha yetişkin şəxs kimi cəmiyyətə qoşula bilərlər. Ümumilikdə şagirdlərin IX sinifdən sonra X-XI siniflərə qəbulu ilə bağlı buraxılış imtahanının nəticəsini tətbiq etmək qanunaziddir”.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı