Qırmızı.az
Qubadlının ən strateji kəndi bərpa olunur – EKSKLÜZİV
“Qubadlının Seytas kəndi öz əvvəlki yerində bərpa olunacaq. Əvvəlcə istədilər ki, bizim kənd də daxil olmaqla 8 yaşayış məntəqəsinin sakinlərini bir yerə yığıb rayonun yanında bir qəsəbədə məskunlaşdırsınlar. Kənd sakinləri olaraq buna razı olmadıq”.
Bunu Publika.az-a açıqlamasında kənd sakini, Əməkdar Mədəniyyət İşçisi, xalçaçı rəssam Fazil Abasquluzadə deyib.
src="/storage/files/upload/be6b5446902702cd07ca7e9765bc8dc8202f00ec.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Xalçaçı rəssam bildirib ki, kəndin başqa yerdə salınmasına ilk olaraq o qarşı çıxıb və aidiyyatı qurumlara müraciət edib:
“İlk olaraq buna mən etiraz elədim. Sonra kənd sakinləri mənə qoşuldular. Kənd sakinlərinə həyətyanı sahələr də veriləcək. İcra başçısı dedi ki, kəndin işığını özüm çəkdirəcəyəm. Dayımın nəvəsi böyük iş adamıdır, Seytas kəndinə gedən yolun çəkilişini isə o, öz üzərinə götürüb. Bu işlərlə bağlı iyunun 17-20-i aralığı kənddə olacağam. Kəndimizin xarabalıqlarının eskizlərini də hazırlamağı düşünürəm. Cənab prezidentlə Qubadlıdakı görüşümüzdən sonra doğma yurduma ayaq basmamışam”.
Fazil Abasquluzadə bildirib ki, Seytas kəndi təkcə Qubadlının deyil, cənub-qərb bölgəmizin ən strateji bölgəsidir:
“Şurnux kəndi ilə bizim kəndin məsafəsi cəmi 1,5 kilometrdir. Dedim necə olur ki, Ermənistanın ən ucqar kəndi olan Şurnuxda ilboyu ermənilər yaşayır, biz doğma Seytas kəndimizdə yaşamamalıyıq?! Şurnux da qədim Azərbaycan kəndidir, erməniləri oraya 1988-ci ildə köçürdülər.Kəndimizin əvvəlki yerindəki bərpası ilə bağlı bir xeyli iş görmüşəm. Aidiyyatı qurumlara müraciətlər ünvanlamışam. Ona görə də məni kəndimizin ağsaqqalı seçiblər. Əvvəlcə kəndimizi başqa yerdə bərpa etmək istəyirdilər. Kəndimizin yenidən qurulmasını gələcəyə saxlayırdılar. Seytas kəndi Qubadlının ən strateji yeridir. Kəndin bütün sakinlərini, nəsilləri bir yerə topladım. Vaxtilə 22 ev olan kəndimizdən hazırda 1480 nəfər adam yaşayır. Həmin adamların hamısını bir yerə toplayıb prezidentə məktub yazdıq. Qurumlara müraciətlər ünvanladıq. Bizə müsbət cavab gəldi”.
Qeyd edək ki, Seytas kəndi 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var
-
Magazin210:06
Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda YENİ DETALLAR - Videoya çəkiblər
-
Cənubi Qafqaz09:30
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
-
Yaxın Şərq09:12
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər