Qırmızı.az
Allahşükür Paşazadə Avstriyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriyaya səfər edəcək.
QMİ-nin Mətbuat Xidmətindən Publika.az">Publika.az-a bildirilib ki, səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransın təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.
QMİ sədri A.Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və çıxış edəcək. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr – Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin və diplomatlarının KAİCİİD-in Vyana toplantısında iştirakı nəzərdə tutulur.
İyunun 24-də Azərbaycanın Avstriyadakı Səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Multikulturalizm Mərkəzi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimai xadimlərinin iştirakı nəzərdə tutulur.
Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək baxımından müsbət imkan kimi dəyərləndirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın, dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Konfransın ünvanına Avstriyanın Baş Nazirinin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin


























.png)










.jpg)
.jpg)