Qırmızı.az
Musa Quliyev: "Məmurlar, ziyalılar nümunə olmalıdır"
Milli Məclisin üzvü Azərbaycanda toyların dəbdəbəli keçirilməsi ənənəsinin aradan qaldırılması üçün ölkənin tanınmış ziyalılarını, məmurlarını insanlara nümunə olmağa çağırıb.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə deyib ki, yas mərasimlərində yemək verilməsi İslam qaydalarına uyğun deyil. Buna görə də yerlərdə yas mərasimlərinin keçirilməsi ilə bağlı yaxşı bir təşəbbüsə start verilib: "Amma arzu edərdim ki, bu, yarımçıq qalmasın və davam etsin, ənənə halını alsın. Və gələcəkdə icra hakimiyyəti, yaxud digər dövlət qurumlarının müdaxiləsi olmadan insanlar öz mərasimlərini İslam dininin qaydalarına uyğun keçirsinlər".
Hazırda insanların dəbdəbəli toyların keçirildiyi restoranlara daha çox üz tutduğunu deyən M.Quliyevin sözlərinə görə, toyların təntənəli keçirilməsində yalnız restoran sahiblərinin deyil, müğənnilərin, bəzi xidmət sahiblərinin də marağı var: "İndi harada daha dəbdəbəli toy keçirilirsə, gənclər ora gedirlər. Amma yavaş-yavaş bu məsələni də qaydasına qoymalıyıq. Hesab edirəm ki, ilk növbədə, cəmiyyətdə tanınmış adamlar - dövlət qurumlarında işləyən məmurlar, siyasətçilər, ziyalılar bu məsələdə nümunə olmalıdırlar. Bu qüsurlu stereotip qırılmalıdır. Buna isə zaman lazımdır. Bunun tezliklə inzibatı yolla həyata keçiriləcəyinə də inanmaq mümkün deyil".
O, hesab edir ki, toy məclislərinin təşkilinin tənzimlənməsi üçün zaman lazımdır: "Yas mərasimlərində ehsanlar ancaq çay süfrəsi verilməklə 1-2 il ərzində keçirildikdən sonra toyun təşkilinin tənzimlənməsi məsələsini də gündəmə gətirmək olar".
Deputatın fikrincə, amma indi həm toy, həm də yas mərasimlərinin keçirilməsi inzibati qaydada məhdudlaşdırılsa, onda problemlər yaranar və bu, öz müsbət nəticəsini verməz.
Qeyd edək ki, artıq bəzi rayon və şəhərlərdə yas mərasimlərində ehsanların verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilir, ehsan kimi yalnız çay süfrəsi açılır. Mərasimlərin keçirilməsinə yerli icra orqanları nəzarət edirlər.
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO